İranda kamikadze özünü partlatdı: Ölənlər var - VİDEO
Mьəllif: admin1
Tarix: 6-12-2018, 18:12
Bцlmə: Xəbərlər
İranda kamikadze özünü partlatdı: Ölənlər var - VİDEO
İslamazeri.com-un "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın Pakistana sərhəd Sistan-Bəluçistan bölgəsinin cənubunda Çabahar Hava Limanına yaxın partlayıcı quraşdırılmış avtomobildə kamikadze özünü partladıb.

Yerli media hücum zamanı 4 nəfərin dünyasını dəyişdiyini, 3 nəfərin isə yaralandığını açıqlayıb.

Məlumata görə, hələ mənsub olduğu qruplaşma məlum olmayan kamikadze terrorçu içində partlayıcı dolu Nissan markalı pikap avtomobilini partladıb.

Yerli rəsmilər terrorçunun hədəfinin Çabahar Polisinin rəisi olduğunu açıqlayıblar.

İranın bu bölgə üzrə güc strukturları təhlükəsizlik tədbirlərini artıraraq istintaq axtarış işlərini başladıb.

https://media.mehrnews.com/d/2018/12/06/3/2976719_480p.mp4
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930