İsrail rejimi İbrahim (ə) peyğəmbərin türbəsində azanı qadağan edib
Mьəllif: admin1
Tarix: 3-12-2018, 19:36
Bцlmə: Xəbərlər
İsrail rejimi İbrahim (ə) peyğəmbərin türbəsində azanı qadağan edib
Fələstinin vəqflər və diyanət işləri naziri Yusif Adis İsrail rejimi tərəfindən keçən ay İbrahim (ə) peyğəmbərin türbəsində 47 dəfə azan verilməsini qadağan etdiyini bildirib.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Yusif Adis dekabrın 2-si yaydığı bəyanatında belə qeyd edib: “İslam müqəddəslərinə və ibadət azadlığı pozuntularına qarşı sionist düşmənin hücumları getdikcə daha qabarıq vəziyyətə gəldi.

İsrail rejimi ordusunun qüvvələri dini məkanlarda suverenliklərini genişləndirmək məqsədilə bu türbədə yenidən azanın verilməsinə qadağa qoymağa, qapılarını ibadət etmək istəyən fələstinlilərə bağlamağa və sionist gəlmələrin bu müqəddəs yerə hücum etməsinə icazə verirlər”.

Fələstinli nazir beynəlxalq cəmiyyətə Fələstinin müqəddəs məkanlarına sionist həbrçilərin və gəlmələrin təcavüzü və zorakılıqlarından qorumaqla bağlı öhdəliklərini yerinə yetirmələri üçün müraciət edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930