ABŞ-a məxsus təyyarələr Əfqanıstanda xalqı bombaladı
Mьəllif: admin1
Tarix: 30-11-2018, 22:32
Bцlmə: Xəbərlər
ABŞ-a məxsus təyyarələr Əfqanıstanda xalqı bombaladı
BMT ABŞ-ın noyabrın 28-i Əfqanıstanın cənubunda təşkil etdiyi hücumda ən azı 23 dinc sakin həlak olduğunu təsdiqləyib.

Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, hesabatda həlak olan vətəndaşların əksəriyyətinin qadın və uşaq olduğu bildirilib.

ABŞ noyabrın 28-i Əfqanıstanın cənubundakı Helmand vilayətində Talibana qarşı təşkil olunan hava hücumunda bir yaşayış yerini bombardman etmişdi.

Yerli mənbələr hücumda 16-sı uşaq olmaqla ən azı 30 dinc vətəndaşın həyatını itirdiyini bildirmişdi. Əfqanıstandakı BMT-nin Yardım Missiyası (UNAMA) hava hücumlarında vətəndaş ölümlərinin sayının son vaxtlar artmasına görə narahatlığını çatdırıb.

“Son məlumatlar Helmandda həlak olanların böyük əksəriyyətinin qadın və uşaq olduğunu göstərir”, - deyə UNAMA-nın bəyanatında bildirilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930