Qəzzada xalq küçələrə çıxıb müqaviməti təbrik etdi
Mьəllif: admin1
Tarix: 14-11-2018, 14:24
Bцlmə: Xəbərlər
Qəzzada xalq küçələrə çıxıb müqaviməti təbrik etdi
Müqavimət Qruplarının Birgə Palatası bu gün axşam (13 noyabr) saatlarında müqavimət ilə İsrail rejimi arasında Misirin vasitəçiliyi ilə atəşkəs haqqında razılıq əldə olunduğunu açıqlayıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Müqavimət Qruplarının Birgə Palatası məsələ ilə bağlı bəyanatında bunları qeyd edib: “Misirin səyləri müqavimətlə sionist düşmən arasında atəşkəsin əldə olunması üçün nəticə verdi”.

Bəyanatda sionist düşmənin atəşkəsə sadiq qalması vəziyyətində müqavimətin də atəşkəsə riayət edəcəyi qeyd edilib: “Sionist düşmənin təcavüzkar mövqeyi qarşısında Fələstindəki bütün müqavimət qrupları ilə birgə hərəkət edərək, qəhrəmancasına müdafiə həyata keçirdi. İşğalçı düşmən isə planını həyata keçirə bilmədi”.

Bu bəyanatdan qısa bir müddət əvvəl isə HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə bəyanat verərək, İsrail rejiminin aqressiv mövqeyini dəyişdirməsi təqdirdə atəşkəs haqqında razılıq əldə olunmasının mümkün olduğunu qeyd etmişdi: “Müqavimət xalqını və özünü İsrail rejiminin düşmənçilik mövqeyi qarşısında müdafiə etmişdir. Fələstin xalqı da həmişə olduğu kimi müqaviməti səbrlə və iftixarla qucaqlayıb”.

Atəşkəsdən sonra dünən axşam Qəzza sakinləri müqavimətin uğurlarını qeyd etmək üçün küçələrə axışıb. Xalq hücumlarda şəhid olanların evlərini, xüsusilə də bazar günü İsrail rejiminin xüsusi birliyinin sızmasından sonra baş verən qarşıdurmada şəhid olan İzzəddin Əl-Qəssam briqadalarının komandiri Nur Bərəkənin evini ziyarət ediblər.

Bu arada, Qəzzadakı yenidənqurma və məskunlaşma naziri Müfid Əl-Has açıqlama verərək, İsrail rejiminin Qəzzanı iki gün intensiv şəkildə bombalamaları nəticəsində ilkin hesablamalara görə, 880 evin tamamilə və ya qismən dağıdıldığını bildirib: “İlkin hesablamalara görə, sionist işğalçının iki günlük hücumlarından 80 ev tamamilə dağıdılıb, 50 ev böyük miqdarda, 750 ev də orta və yüngül dərəcədə zərər görmüşdür”.

Qəzzaya qarşı işğalçı qüvvələrin başlatdığı intensiv bombardmanda iki gün ərzində ümumilikdə 14 nəfər şəhid olub, 25 nəfər də yaralanıb. Müqavimət qüvvələrinin güclü hədəflər istiqamətində cavab tədbirlərində isə, 2 işğalçı həlak olub, yüzdən çoxu yaralanıb və yüzlərlə insan evlərini tərk edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930