Məhəmməd Əli Əl-Husi: “ABŞ-ın sülh çağırışları boş sözdür”
Mьəllif: admin1
Tarix: 14-11-2018, 10:43
Bцlmə: Xəbərlər
Məhəmməd Əli Əl-Husi: “ABŞ-ın sülh çağırışları boş sözdür”
Yəmənə qarşı Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya dağılır.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, ABŞ-da dərc olunan Vaşinqton Post qəzeti Husilərin liderinə öz səhifələrini açıb.

Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi məqaləsində Səudiyyə rejimi-ABŞ-Birləşmiş Ərəb Əmirliklərinin koalisiyası tərəfindən Yəməndə davam etdirilən hava hücumlarına son qoyulmasını istəyib.

Koalisiyanın 2015-ci ildən etibarən davam etdirdiyi hücumlarda minlərlə vətəndaşın həyatını itirdiyini, Hudeydadakı mühasirə nəticəsində milyonların aclıq və xəstəliklərlə üzləşdiyini vurğulayan Əl-Husi, münaqişələrə son verilməsi üçün koalisiyanın hava hücumlarını dayandırmalı olduğunu vurğulayıb.

Hava hücumlarının dayandırılması təqdirdə raket hücumlarını dayandıracaqlarını bildirən Əl-Husi, belə qeyd edib: “ABŞ lap əvvəldən etibarən münaqişəni sona çatdıracaq nüfuza malik olmasına baxmayaraq, müttəfiqi Səudiyyə rejimini qorumağı üstün tutdu. Ancaq Camal Qaşıqçı cinayətindən sonra Vaşinqtonun Səudiyyə rejiminin vəliəhd şahzadəsinə verdiyi dəstəyi sual olunmağa başlandı”.

“Koalisiyanın son vaxtlar Yəmənin əsas tədarük limanı yerləşən Hudeydaya hücumlarını artırması ABŞ-ın münaqişələrin sona çatması istiqamətindəki çağırışlarının “boş söz” olduğunu göstərdi”, - deyən Əl-Husi, ABŞ-ın son açıqlamalarının beynəlxalq ictimaiyyəti səhv istiqamətləndirdiyini bildirib.

Səudiyyə rejiminin vəhşi hərəkətlərinin Camal Qaşıqçı cinayəti ilə bir daha ifşa olduğunu vurğulayan Əl-Husi, beynəlxalq ictimaiyyətin və BMT-nin Yəməndəki humanitar vəziyyətə dair xəbərdarlıqlarına baxmayaraq, koalisiyanın hücumlarına davam etdiyini vurğulayıb.

ABŞ-ın özünü “dürüst bir vasitəçi” kimi göstərmək istədiyini, ancaq Yəmənə qarşı hücumlarda liderlik etdiyini bildirən Əl-Husi, belə qeyd edib: “Biz özümüzü müdafiə edirik. Ancaq bizim Yəməni qadağan olunmuş silahlarla bombardman edənlər kimi döyüş təyyarələrimiz yoxdur”.

Əl-Husi məqaləsində ABŞ-ın prezidenti Tramp və rəhbərliyinin silah satışından əldə etdikləri iqtisadi gəlirlərini güdərək, Yəməndəki müharibə artırmağı üstün tutduqlarını yazıb.

Məhəmməd Əli Əl-Husi məqalənin son sətirlərində Yəmənlilərin sülhü sevdiyini və buna hazır olduqlarını vurğulayaraq, belə yazıb: “Yəmənlilər sülh çağırışı etməyə və sülhü sevməyə davam edəcək”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930