ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək
Mьəllif: admin1
Tarix: 13-11-2018, 10:04
Bцlmə: Xəbərlər
ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək
ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.

"İslaminSesi" - Məsələni ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.

Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930