İşğalçı İsrail rejimi oktyabr ayında 511 fələstinlini həbs edib
Mьəllif: admin1
Tarix: 11-11-2018, 22:33
Bцlmə: Xəbərlər
İşğalçı İsrail rejimi oktyabr ayında 511 fələstinlini həbs edib
İşğalçı İsrail rejimi oktyabr ayında ümumilikdə 511 fələstinlini həbs edib.

Maide.Az "felestin.info"-a istinadla xəbər verir ki, həbs edilənlər arasında 74 uşaq və 15 qadın da var. Bu barədə fələstinli məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olan üç müxtəlif təşkilatın ortaq hesabatında deyilir.

Fələstinli Məhbuslar Cəmiyyəti (FMC), "Addameer" və Məhbuslar və Keçmiş Məhbusların İşləri üzrə Fələstin Komitəsinin birgə hesabatında qeyd olunur ki, oktyabr məhbuslarının 100-ü Tülkərm, 91-i işğal altındakı Şərqi Qüds, 75-i Habrun (əl-Xəlil), 61-i Rəmallah, 45-i Nablus, 44-ü Cenin, 28-i Qalqiliyyə, 26-sı Beytləhm, 12-si Qəzza sektoru, 10-u Tubas, 10-u Əriha və 9-u Salfit sakinləridir.

İşğalçı rejim oktyabr ayında 73 inzibati həbs qərarı çıxarıb ki, onların 42-si yeni həbs edilənlərlə bağlıdır. Bununla İsrail zindanlarında inzibati qaydada məhbus həyatına məhkum edilmiş fələstinlilərin sayı 430 nəfərə çatıb.

Hesabatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 6 min fələstinli İsrail zindanlarında saxlanılır. Onların 52 nəfəri qadındır və məhbus qadınlar arasında bir azyaşlı qız da var. Həbs həyatı yaşayan 270 uşağın 50 nəfərinin yaşı 16-dan aşağıdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930