Parkinson xəstəliyi ilə mübarizədə yeni metod
Mьəllif: admin1
Tarix: 10-11-2018, 11:00
Bцlmə: Xəbərlər
Parkinson xəstəliyi ilə mübarizədə yeni metod
Bəzi məlumatlara görə, Alzheimer xəstəliyi hələ qədim nəsillərdə müşahidə olunmağa başlayıb. O vaxtdan bu xəstəliyin müalicə metodları axtarılır. "Deyerler.org"un "hi-news.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu xəstəliyin qarşısını almaqla bağlı müəyyən müsbət nəticələr əldə etmək mümkün olsa da, orqanizmimizi tam olaraq bundan təmizləmək hələ də mümkün deyil.

Lakin yaxın vaxtlarda Kvinslend universitetinin mütəxəssisləri səylərini davam etdirərək müəyyən perspektivli nəticələr əldə ediblər. Statistikaya əsasən, Parkinson xəstəliyi dünyada ən çox yayılmış neyrodegenerativ xəstəlikdir. Bu xəstəlikdən hər il dünyada 10 milyon insan əziyyət çəkir. Xəstəliyin yaranma mexanizmi, beynin neyronlarının xroniki iltihabdır.

"Bizim komandanın əldə etdiyi nəticələrə əsasən, çoxda böyük olmayan MCC950 molekulu Parkinson xəstəliyin inkişafını dayandırıb. Biz bu kəşfi yeni preparatların istehsalında istifadə etmişik və 2020-ci ildə kliniki sınaqları başlamağa hazırlaşırıq",- deyə tibbi fakultəsinin dosenti Trend Vudrof bildirmişdir.

İltihab prosesi temperaturun qalxması ilə bağlıdır və demək olar ki, MCC950 molekulu beyini soyudaraq, iltihabın inkişafını dayandırır və neyronlara yenidən normal işləməyə imkan verir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930