Kaşıkçı hadisəsində sionistlərin izi ortaya çıxdı
Mьəllif: admin1
Tarix: 8-11-2018, 21:35
Bцlmə: Xəbərlər
Kaşıkçı hadisəsində sionistlərin izi ortaya çıxdı
ABŞ-ın gizli dinləmə fəaliyyətlərini ifşa edən Amerika Milli Təhlükəsilzik Agentliyinin (NSA) sabiq əməkdaşı Edvard Snouden İsrail rejimindəki bir konfransa videokonfrans yolu ilə qoşularaq, Səudiyyə rejiminin İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Kaşıkçının sionist şirkət NSO Group-un istehsal etdiyi Peqasus kəşfiyyat proqramı ilə təqib edildiyini söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Snouden “OH! - Orenstein Hoshen Media and Strategy” şirkəti tərəfindən təşkil olunan konfransda Mossad Kəşfiyyat Xidmətininin keçmiş sədr müavini Ram Ben Barak və digər iştirakçıların suallarını cavablandırıb. O, NSO Group-un istehsal etdiyi Peqasus kəşfiyyat proqramı ilə Meksikadakı müstəntiqlərlə jurnalistlərin və digər problemli ölkələrdə müxaliflərin təqib edildiyini, bunlar arasında səudiyyəli jurnalist Camal Kaşıkçının da olduğunu deyib.

Snouden Kaşıkçının Apple-nin mobil əməliyyat sistemi İOS-u istifadə edən iPhone, iPod Touch və iPad-a yerləşdirilən Pegasus ilə izlənildiyini bildirərək belə danışıb: “Kəşfiyyat proqramları ilə dinləmə və təqiblər təkcə cinayətkarların tutulması və terror hücumlarının dayandırılması, həyatların xilas edilməsi üçün istifadə edilmir, eyni zamanda bunun üzərindən pul qazanılır. Bu işlər elə çəkinmədən aparılır ki, sadə insanların ölümü ilə nəticələnir.

Adi vətəndaşların telefon danışıqları və elektoron ünvanlarının kəşfiyyat orqanları tərəfindən dinlənib izlənilməsi təhlükəsizliyi təmin etməklə əlaqədar deyil. Müşahidə təhlükəsizliklə bağlı deyil, idarə etməklə bağlıdır”, - deyə Snouden bildirib.

Xatırladaq ki, noyabrın 2-də ABŞ-da keçirilən bir iclasda jurnalist Kortni Radş (Courtney Radsch) da Kaşıkçının İsrail rejimi tərəfindən istehsal olunub bir ABŞ şirkəti tərəfindən satılan Pegasus adlı proqramla təqib edildiyini söyləmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930