Tac Mahalda namaz qılmaq qadağan olundu
Mьəllif: admin1
Tarix: 5-11-2018, 19:53
Bцlmə: Xəbərlər
Tac Mahalda namaz qılmaq qadağan olundu
Hindistan Arxeoloji Araşdırmalar Qurumunun (ASI) Tac Mahalda gündəlik namaz vaxtlarının qılınmasını qadağan etdiyi bildirilib.

Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə "Times of India" qəzetində xəbər yer alıb.

Xəbərə görə, Ali Məhkəmənin iyul ayında Tac Mahal məqbərəsindəki məsciddə şəhər kənarından gələn müsəlmanların cümə namazı qılmağı qadağan edən qərarından sonra ASI Tac Mahalda gündəlik namazların qılınmasının da qadağan olunduğunu bildirib.

ASI rəsmiləri dünən türbədə dəstəmaz almaq üçün istifadə edilən su sisternini möhürləyib.

Tac Mahal İntizam Komitəsi sədri Seyid İbrahim Hüseyn də Tac Mahalda uzun illərdir namaz qılındığını, bunu əngəlləmək üçün ortada bir səbəb olmadığını bildirərək, ASI-yə şikayət edəcəklərini deyib.

Hüseyn istər mərkəzi hökumətin, istərsə də Aqra yerli rəhbərliyinin müsəlmanlar əleyhinə bir zehniyyətə sahib olmasının sözügedən qərarda təsirli olduğunu vurğulayıb.

ASI Aqra Dairəsində arxeoloq Vasant Svarankar isə qərarın məhkəmənin əmri əsasında qəbul olunduğunu, buna görə məbəddə yalnız yerli əhalinin cümə namazı qıla biləcəyini deyib. Xatırladaq ki, Ali Məhkəmənin qərarından sonra Tac Mahaldakı məsciddə iyul ayından bu yana yalnız Aqrada yaşayan müsəlmanlar cümə və gündəlik namazları qıla bilirdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031