“Allah istədiyi kəsi hidayət edir” nə deməkdir?
Mьəllif: admin1
Tarix: 7-07-2020, 23:17
“Allah istədiyi kəsi hidayət edir” nə deməkdir?
Qurani-Kərim hidayət və yolunu azmağı Allaha nisbət verərək buyurur: “Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra)azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər”. (“Muddəssir” 31).

Quranda iki hidayət mövcuddur:

1. Ümumi hidayət.

2. Savab hidayəti.

Ümumi hidayət hamıya şamil olan bir hidayətdir. Necə ki, Quranın nazil olması hamı üçün hidayət vasitəsidir. Ümumi hidayət - ibtidai bir hidayətdir.

O kəs ki, bu hidayətə müsbət cavab verər, onun ardınca hərəkət edər. O kəs ki, Quranla tanış olar, onun xidmətində qərar tutar və savab hidayətdən bəhrələnər.

Ona görə də deyə bilərik ki, bu elə bir hidayətdir ki, insan onu əldə etməlidir. Hər kim bu yoldan bəhrələnər ona məqsədə çatmaq üçün vasitələr təqdim olunar. Ürəyi yaxşı işlər görməyə meyl edər, şərə nifrət edər.

Savab hidayəti o kəslərə şamil olar ki, ümumi hidayətə müsbət cavab veriblər. «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir». (“Rəd” 27).

“De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin”. (“Nur” 54).

“Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir”. (“Təğabun” 11).

Hidayətdən fərqli olaraq Allahın yoldan azdırması bir cürdür. Allah heç kəsi ilk əvvəl yolundan azdırmaz və zəlil etməz.

Allahın zəlil etməsi bir cəzadır və o kəslərə şamil olar ki, ibtidai hidayətə baxmayaraq, yəni ağıl, fitrət, ilham, daxili vəhy, səma kitabları, peyğəmbələrin (ə) və İmamların (ə) risaləti – bütün bunlara baxmayaraq dini görməməzliyə vururlar və ona əməl etmirlər. Lakin günaha tərəf hərəkət edirlər.

Sübhan Allah günahkar insana tövbə fürsətini verər və o, əgər bu möhlətdən istifadə etməzsə İlahi zəlilliyə, yolunu azmağa düçar olar.

Quran yolunu azmağı İlahi iradəyə nisbət verir və buyurur: “(Allah) onunla ancaq fasiqləri azdırır”. (“Bəqərə” 26).

Bəs belə bir insan nələrdən məhrum olar?

Allah həmin şəxsə əlaqə, ünsiyyət, yaxşı dost, yaxşı müəllim, yaxşı şagird, lazımlı şəraiti əta etməz. Bu deyilənlərdən bəhrələnmək üçün ona şərait yaratmaz.

Onu özbaşına buraxar. Nəfsani istəklər ona hakim olar və həyatına rəhbərlik edər. Bu insan şeytanın ixtiyarında qərar tutar. O, rəhmət qapısını bu insanın üzünə bağlayar.

Allah buyurur: “Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur”. (“Fatir” 2).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031