Tanınmış rejissor Həzrət Xədicə (s.ə) haqqında film çəkəcək
Mьəllif: admin1
Tarix: 16-10-2018, 22:04
Bцlmə: Xəbərlər
Tanınmış rejissor Həzrət Xədicə (s.ə) haqqında film çəkəcək
Peyğəmbərin (s) sevimli həyat yoldaşı Həzrət Xədicənin (s.ə) həyatından bəhs edən film çəkiləcək.

Maide.Az xəbər verir ki, bu barədə tanınmış rejissor Davud Mirbaqiri deyib.

Onun sözlərinə görə, hazırda filmin ssenari və strukturu üzərində işlər yekunlaşmaq üzrədir.

Yaxın zamanlarda filmin çəklişləri üçün məkanlar və dekorasiya işləri başlayacaq.

D.Mirbaqiri qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Həzrə Xədicənin (s.ə) məqamını tanıtdırmaq, dünya ictimaiyyətinə o möhtərəm xanım haqqında vizual olaraq məlumat çatdırmaqdır.

Qeyd edək ki, ssenari yazılan zaman tarixi araşdırmaçılar və İslam alimlərinin rəyi nəzərə alınıb.

Xatırladaq ki, rejissor Davud Mirbaqiri bundan əvvəl “İmam Əli (ə)”, “Rey musafiri”, “Muxtarnamə”, “İtirilmiş ismət” və bir sıra digər İslam tarixindən bəhs edən məşhur filməri çəkib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930