Roma Papası abort edənləri "killerə" bənzətdi
Mьəllif: admin1
Tarix: 12-10-2018, 21:40
Bцlmə: Xəbərlər
Roma Papası abort edənləri "killerə" bənzətdi
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Roma Papası Fransisk bəyan edib ki, abort etdirmək hər hansısa bir problemin həll edilməsi üçün muzdlu qatillərə pul verməklə eyni şeydir.

Pontifik növbəti dəfə xatırladıb ki, həyat Allahın verdiyi hədiyyədir.

“Hər hansısa bir problemi həll etmək üçün insan həyatını məhv etmək məgər ədalətlidirmi? Abort etdirmək bu və ya digər bir problemi həll etmək üçün muzdlu qatilə pul verməklə eyni şeydir.”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, gələcək övladlarının xəstə olaraq dünyaya gələcəyini bilən valideynlərin dəstəyə ehtiyacı var. Lakin çox zaman onlar belə bir yardımın əvəzinə abort etdirməyə dair məsləhətlər eşidirlər.

“Hər bir insan həyatını qəbul etmək lazımdır.”, - deyə Roma Papası bildirib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031