43 ölkədən 1600 jurnalist Ərbəin mərasimini işıqlandıracaq
Mьəllif: admin1
Tarix: 9-10-2018, 15:44
Bцlmə: Xəbərlər
43 ölkədən 1600 jurnalist Ərbəin mərasimini işıqlandıracaq
İranın İslami Radio və Televiziya Birliyinin baş katibi Əli Kərimian 43 ölkədən təxminən 400 media qurumu və 1600 jurnalistin bu ilki Ərbəin mərasimində iştirak edəcəyini deyib.

Deyerler.org Parstodaya istinadən xəbər verir ki, Əli Kərimian oktyabrın 8-i açıqlama verərək, Ərbəin mərasiminə qatılacaq media nümayəndələrinin çox geniş bir şəkildə Ərbəinlə əlaqədar olaraq dünyaya xəbər göndərəcəklərini söyləyib.

Höccətül-İslam Kərimian Ərbəin mərasimlərinə qatılacaq media qurumları ilə bağlı lazım olan hazırlıqların və işlərin indidən aparıldığını deyib.

O, Ərbəin mərasimlərində xidmət göstərəcək KİV-lərlə əməkdaşlıq istiqamətində 1200 siyasi və dini məsələlər üzrə mütəxəssisin də bu işlərdə kömək edəcəklərini söyləyib.

Qeyd edək ki, bu ilki Ərbəin məclisləri 30 oktyabr 2018-ci il tarixində keçiriləcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930