Yəmənlilər Səudiyyə rejiminin bir neçə hərbi bazasını raketlərlə vurdu
Mьəllif: admin1
Tarix: 7-10-2018, 10:01
Bцlmə: Xəbərlər
Yəmənlilər Səudiyyə rejiminin bir neçə hərbi bazasını raketlərlə vurdu
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin raket və artilleriya birlikləri Səudiyyə rejiminin ordusunun Cizan və Nəcrandakı mövqelərinə ballistik raketlərlə zərbələr endirib.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, bu gün (6 oktyabr) sübh saatlarında Səudiyyə rejiminin əsgərlərin bazalarının yerləşdiyi Cizana Yəmən istehsalı olan iki ədəd Zilzal-1 ballistik raketi atılıb. Yəmən qüvvələri Səudiyyə rejimi Nəcrandakı mövqelərini də Zilzal-1 ballistik raketilə vuurublar.

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri cümə gecəsi də Səudiyyə rejiminin Asir əyalətinin Aləb dəhlizini iki ədəd Zilzal 2 raketi ilə hədəfə almışdılar. Bu hücumun itkiləri barədə hələ bir açıqlama verilməyib.

Qeyd edək ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi Səudiyyə rejimindəki hədəflərin raket ilə vurulmasının bu rejimin məzlum Yəmən xalqına qarşı cinayətlərinə verilən cavab olduğunu qeyd etmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930