Daha bir Avropa ölkəsi Fələstini tanımağa hazırdır
Mьəllif: admin1
Tarix: 24-09-2018, 21:38
Bцlmə: Xəbərlər
Daha bir Avropa ölkəsi Fələstini tanımağa hazırdır
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İrlandiya Fələstinin müstəqilliyinin tanınmasının mümkünlüyünü gözdən keçirir.

İrlandiyanın xarici işlər naziri fələstinli həmkarı ilə birgə mətbuat konfransı keçirərkən bu haqda bəyan edib.

Onun sözlərinə görə, bu məsələyə dair yekun qərar hələ qəbul edilməyib.

Bu qərara səbəb isə “Fələstin-İsrail dialoqunun içərisində olduğu ümidsiz vəziyyət” olub.

“İralndiya artıq ümumi nizamlama çərçivəsində Fələstin dövlətinin müstəqilliyinin tanınmasına dair öz üzərinə öhdəlik götürüb. Lakin əgər danışıqlar prosesi faydasız olsa, biz bu öhdəliyin ikinci tərəfini unutmalı olacağıq.”, - deyə irland nazir qeyd edib.

Xatırladaq ki, İrlandiya parlamenti 2018-ci ilin iyul ayında ilk oxunmadaca “yaşıl hüdudlardan” kənarda, o cümlədən də Şərqi Qüds və Holan təpələrində yerləşən İsrail müəssisələri ilə əməkşdaşlığı qadağan edən qanun layihəsini qəbul edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930