Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi
Mьəllif: admin1
Tarix: 24-09-2018, 21:31
Bцlmə: Xəbərlər
Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi
Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin şikayəti üzrə prosesə start verib.

Bu barədə Maide.Az-a Şeyx Sərdarın vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə kommunikasiyaya prosesinə başlayıb. “Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə Şeyx Sərdar Hacıhəsənlinin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının pozulmuş maddələri ilə bağlı sualalr ünvanlayıb.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrinin pozulmasını əsas gətirərək hökumətdən bununla bağlı açıqlama tələb edib.

Ümid edirik, Hacı Sərdar tezliklə vaxtından əvvəl azad olunar.”

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin 22 fevral 2017-ci il tarixdə ilkin həbsi, həbslərin uzadılması ilə bağlı şikayətlər də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930