Gürcüstanda uşaq bağçasında 11 azyaşlı zəhərlənib
Mьəllif: admin1
Tarix: 22-09-2018, 23:05
Bцlmə: Xəbərlər
Gürcüstanda uşaq bağçasında 11 azyaşlı zəhərlənib
Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

Virtualaz.org xəbər verir ki, uşaqlar Kutaisi şəhər xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031