Seyid Həsən Nəsrullahın Aşura çıxışı: “İranın yanında duracayıq"!
Mьəllif: admin1
Tarix: 20-09-2018, 22:59
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullahın Aşura çıxışı: “İranın yanında duracayıq"!
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun Dahiyə bölgəsində Aşura günü münasibətilə keçirilən matəm mərasimində çıxış edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah 1992-ci ildən etibarən hər il bu tədbirə qatıldığını xatırladaraq, belə deyib: “Bu müddətdə Həzrət İmam Hüseynin (ə) yolunda olan xalqın gücü çox artıb, əqidələri daha da yüksəlib. İmam Hüseynə (ə) gedən yolda qələbə, izzət, kəramət və azadlıqdan başqa bir şey yoxdur”.

Livan sakinlərinə müraciət edən Seyid Həsən Nəsrullah, bunları qeyd edib: “Eyni gündə qan (Kərbəla hadisəsində) qılıncın qarşısında qələbə qazandı. Sizin nəslinizdə, damarınızda olan İmam Hüseyn (ə) qanı, ölkəmizə hakim olmaq istəyən ABŞ ilə İsrail rejiminə qarşı (Livana) ən böyük qələbəni gətirdi.

Fələstin və Qüdsə olan bağlılığımızı elan edirik və Fələstin xalqı ilə birlikdə olduğumuzu bildiririk. Trampın Əsrin müqaviləsinə qarşı fələstinlilərin qanuni hüquqlarını əldə etmək prosesində onların yanında olduğumuzu təkrarlayırıq.

Bundan başqa, Qəzzadakı Böyük qayıdış yürüşlərini də dəstəkləyirik. 4 ildir hər günü Kərbəla olan məsum Yəmən xalqının yanındayıq. Xeyli sayda alim və gənci həbsdə olan Bəhreyn ilə yanaşı, sülh sevər Bəhreyn xalqına verdiyimiz dəstəyi də xüsusilə vurğulayıram. Biz onların tərəfdarlarıyıq.

Tehranın neft satışına mane olmağa çalışan ABŞ sanksiyalarına qarşı İranı dəstəkləmək bizim üçün vacibdir. Hamımız bilirik ki, İran İslama, respublikasına, müstəqilliyinə, suverenliyinə və azadlığına olan bağlılığına görə ABŞ tərəfindən cəzalandırılır.

ABŞ-a boyun əyməyən İran, kimsənin onun üçün qərar verməsinə icazə verməz, habelə digər ölkələrdə olduğu kimi, sərvətlərinin talan olunmasına da imkan verməz.

İran işğalçıların planlarını məhv etmə məsələsində mühüm rol oynayıb və oynayır. Terrorla mübarizədə İraq ilə Suriyaya dəstək verdi. Bu səbəbdən məhdudiyyətlər və sanksiyalara qarşı siyasi, mənəvi və həqiqi mənada İranın yanında durmalıyıq”.

Hizbullahın baş naziri çıxışında İsrail rejiminə müraciət edərək, belə deyib: “Quldurluq dövrü bitmişdir. İsrail rejimi Livana qarşı müharibəyə başladığı təqdirdə, müqavimət qüvvələrinin uzaq mənzilli hədəfləri vura biləcək raketlər və digər saleh əməlləri sionistləri heç gözləmədikləri bir tale ilə üzləşdirəcək”.

Seyid Həsən Nəsrullah çıxışının davamında belə deyib: “Mühüm məsələlərdən biri düşmənin düzgün müəyyən edilməsidir. ABŞ hökuməti müharibə başladır, sanksiya tətbiq edir. Bölgənin əsas problemi bu ölkədir”.

İsrail rejimini ABŞ layihələrinin vasitəsi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, Livandakı ABŞ tərəfdaşlarından Vaşinqtonun dürüstlüyü barədə əsaslı səbəb təqdim etməsini istəyib:

“Amerika İsrail rejiminin böyük tərəfdaşıdır. Bəzi ərəb və İslam ölkələrinin də həqiqi idarəçisi ABŞ-dır. ABŞ İŞİD ilə müxtəlif terror təşkilatlarını regiona gətirdi. ABŞ region xalqlarına sanksiyalar tətbiq edir və daxili işlərinə müdaxilə edir. Həmçinin heç kəs bunu pisləməyə cəsarət etmir”.

Türkiyə və Rusiya arasında əldə olunan İdlib qərarına da toxunan Seyid Həsən Nasrullah, belə danışıb: “Əldə olunan razılaşma yaxşıdır, amma nəticəsindən asılıdır. Suriya hökuməti istədiyi müddətə qədər bu ölkədəki mövcudluğumuz davam edəcək.

Bu il İŞİD terror təşkilatının bölgədəki sonuncu ilidir. İsrail rejiminin Suriyaya qarşı təşkil etdiyi hava hücumu dözülməz bir vəziyyətə gəldi. Bunun qarşısı alınmalıdır. Müqavimət oxu buna bir yol tapmalıdır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930