Qəlbi sağaldan zəhər
Mьəllif: admin1
Tarix: 15-08-2014, 17:15
Bцlmə: Xəbərlər
[center]Qəlbi sağaldan zəhər[/center
"O bu evə yeni gəlin gəlmiş,elə ilk günden qayınanası ilə bir yerdə yaşamağa başlamışdı"...
Ancaq çox keçmədi ki,qayınanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı. Loğman ona bitkilərdən hazırladığı məlhəmi verib onun zəhər olduğunu dedi və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə,qayınanası ilə xoş davranmağı da tapşırdı.
Evə qayıdan gəlin tələsik işə başladı. Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə Loğmandan aldığı məlhəmi qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qayınanasınin da ona münasibəti dəyişmişdi.

Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:

- Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

P.S. Bəzən içimizdəki zəhəri görməyərək ətrafdakılarda qüsur arayırıq. Amma görə bilsək, bunu bacarsaq.../islam.az/

nardaranpiri.com

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930