Səudiyyə rejiminin kralı Salmanın səhhəti pisləşdi
Mьəllif: admin1
Tarix: 5-09-2018, 21:40
Bцlmə: Xəbərlər
Səudiyyə rejiminin kralı Salmanın səhhəti pisləşdi

Bəzi xəbər mənbələri Səudiyyə kralı Salman bin Əbdüləzizin vəziyyətinin ağır olduğunu bildiriblər.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Kral Salman həkimlərin təklifi ilə işlə bağlı bütün fəaliyyətlərini dayandırıb.

Kral sarayına yaxın bəzi mənbələrin verdiyi məlumata əsasən, bu ölkənin 82 yaşlı kralı nəfəs çatışmazlığı və həddindən artıq halsızlıq problemindən əziyyət çəkir və hazırda ölkəni idarə edə biləcək vəziyyətdə deyil.

Kral Salman bin Əbdüləziz Abdulla bin Əbdüləzizin 2015-ci ildə vəfat etməsindən sonra ölkənin rəhbərliyini ələ keçirib.

Keçən ildən etibarən Kral Salmanın taxtını oğluna təhvil verərək, vəzifədən çəkiləcəyi barədə bütün hazırlıqları etməsi də xəbəri yayılmışdı.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930