Beynəlxalq Amnistiya Nigeriya rejimindən 600 şiə haqqında aydınlıq tələb etdi
Mьəllif: admin1
Tarix: 4-09-2018, 21:37
Bцlmə: Xəbərlər
Beynəlxalq Amnistiya Nigeriya rejimindən 600 şiə haqqında aydınlıq tələb etdi
Beynəlxalq Amnistiya təşkilatı Nigeriya rejimini qanunsuz həbslər etmək və zor gücü ilə aradan götürmək cinayətlərində ittiham edərək, Abuca hökumətindən həbs edilmiş yüzlərlə şiə fəalın taleyi barədə aydınlıq gətirməsini istəyib.

Deyerler.org Newsdigest-ə istinadən xəbər verir ki, beynəlxalq insan haqları müdafiə təşkilatı verdiyi bəyanatında, Nigeriya İslam Hərəkatının 600 üzvünün 2015-ci ildə həbs edilməsindən sonra, talelərinin naməlum olduğunu açıqlayıb.

Beynəlxalq Amnistiya təşkilatının Nigeriya üzrə direktoru Osai Ojiqho bildirib ki, Nigeriya hökuməti tənqidçiləri susdurmaq və əhali arasında qorxuları artırmaq üçün zorla yoxa çıxmanı uzunmüddətli bir taktika kimi istifadə edib. “Zorla yoxa çıxmaq insan hüquqlarını kobud şəkildə pozan bir qorxu vasitəsidir. Bu qəbul edilə bilməz və dayandırılmalıdır”, - deyə Osai Ojiqho bildirib.

O, bəzi hallarda ailələrin sevdiklərinin sağ olub olmadığını bilmədikləri üçün bu dərdləri ilə yaşadıqlarını deyib.

Bəyanatda deyilir ki, hökumət bəzi məhbusları ailələri və vəkilləri ilə görüşməyə icazə vermədən 9 il və ya daha uzun müddətə həbs edib və bəzilərini də azadlığa çıxmaları üçün məhkəmə qərarları olmasına baxmayaraq, həbsxanada saxlamağa davam edir.

Ojiqho prezident Muhammadu Buxari hökumətinə ən yaxşı işi etməyə və ya məhbusları azad etməyə və ya cinayətdə ittiham etməyə səsləyib.

Məhbuslar arasında Nigeriya ordusunun 2015-ci ilin dekabr ayında Zaria qəsəbəsinə etdiyi hücumda hökumət qüvvələri tərəfindən qanunsuz olaraq həbs edilən Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının lideri Şeyx İbrahim Zəkzəki də var.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930