Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq - Səudiyyə Ərəbistanından yeni layihə
Mьəllif: admin1
Tarix: 25-08-2018, 10:32
Bцlmə: Xəbərlər
Həcc ziyarəti üçün zəvvarların sayı 5 milyon nəfərə çatdırılacaq - Səudiyyə Ərəbistanından yeni layihə
Məkkə şəhərinin və ziyarət məkanlarının genişləndirilməsi və inkişafı planı hazırlanıb.

Maide.Az xəbər verir ki, TRT informasiya portalının yaydığı məlumata görə, bunu müqəddəs Məkkə şəhərinin əmiri Xalid Feysəl mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu planın 2019-ci ildə icrasına başlanılacaq.

X.Feysəl deyib ki, növbəti həcc mövsümündən ziyarətin təşkilinin bütün mərhələləri müasir texnologiyalarla həyata keçirilməyə başlanacaq. Bunun üçün layihə icra olunacaq. "Yeni texnologiyalardan istifadə layihəsi tam icra olunduqdan sonra hacıların sayı artacaq. Layihəyə əsasən 2030-cu ilədək hacıların sayı 5 milyon nəfərə çatdırılacaq".

Qeyd edək ki, hazırda Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1 milyon yarımdan çox zəvvarlar gedir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930