ABŞ bütün dünyanı sanksiyalarla hədələdi
Mьəllif: admin1
Tarix: 24-08-2018, 10:11
Bцlmə: Xəbərlər
ABŞ bütün dünyanı sanksiyalarla hədələdi
ABŞ Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına görə bütün dünyaya sanksiyaların tətbiqini istisna etmir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.

O həmçinin zenit-raket komplekslərinin Ankaraya çatdırılmasının mümkün sürətləndirilməsi ilə əlaqədar Vaşinqtonun narahat olduğunu qeyd edib.

“Əgər belə olsa, bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiqin S-400 komplekslərindən istifadə etməsi bizim siyasətimizə ziddir”, - Noyert deyib.

Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.

ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.

“Rosoboroneksport” S-400 üzrə müqavilənin icrasına 2019-cu ildə başlamağı planlaşdırır.

Türkiyədən başqa, Hindistan da tezliklə Rusiyadan S-400-ləri əldə edə bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930