Belçikalı professor necə müsəlman oldu?
Mьəllif: admin1
Tarix: 22-08-2018, 17:18
Bцlmə: Xəbərlər
Belçikalı professor necə müsəlman oldu?
Belçikalı xristian alim və cərrah professor Rouç Boulvin hicri şəmsi 1333-cü ildə Qüds Rəzəvi ostanı tərəfindən İmam Rza (ə) xəstəxanasının qurulması və təcrübələrini bölüşməsi məqsədilə Məşhədə dəvət edilmişdi.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, xristian cərrah 1333-cü ildən 1348-ci ilə qədər Məşhəddə İmam Rza (ə) xəstəxanasında cərrahiyyə kafedrasına rəhbərlik edib. O, ilk dəfə Xorasanda yeni cərrahiyyə şöbəsini qurmağı bacarıb.

Boulvin 8-ci İmamın həyətinin ətrafında və hərəmində İmam Rzanın (ə) kəraməti ilə xəstələrin şəfa tapdığını görmüş və təsirlənmişdi.

Professor Boulvin böyük müctəhidlərdən Ayətullah Seyid Məhəmməd Hadi Milanini əməliyyat etməsindən sonra, alimin özünə gələndə ilk söylədiyi cümlələrin Əbu Həmzə Somalinin duası olduğunu başa düşüb və müsəlman olmağa qərar verib:

“İnsan əməliyyatdan sonra özünə gəldiyi vaxt həqiqi kimliyini göstərir. Onun bütün varlığı ilə Allaha yaxınlaşdığını gördüm. Onu Roma papasının əməliyyatdan sonrakı vəziyyəti ilə müqayisə etdim. Papa özünə gələndə mahnı oxuyurdu. O anda İslamın həqiqətən doğru olduğunu başa düşdüm”.

Rouç Boulvin ömrünün son illərində Ayətullah Müctəhid Səbzevarinin hüzurunda müsəlman oldu. 1348-ci ildə fani dünyaya vida etdi və Məşhəddə dəfn edildi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930