Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA
Mьəllif: admin1
Tarix: 17-08-2018, 22:37
Bцlmə: Xəbərlər
Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA
İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, həcc əməllərinin yerinə yetirilməsi üçün Səudiyyə Ərəbistanına təxminən 1,7 milyon xarici ölkədən olan müsəlman gəlib.

Krallıqdan verilən məlumata görə, indiyədək 1,684,629 hacı pasport yoxlamasından keçib. Onlardan da 890 mini kişi, 741 mini qadındır.

Üstəlik, xarici vətəndaşlarla yanaşı Səudiyyə Ərəbistanında yaşayan 233,740 müsəlman da zəvvar qismində rəsmi şəkildə qeydiyyatdan keçib.

Bunları krallığın sərhəd xidmətinin rəisi Süleyman əl-Yəhya bildirib.

Zəvvarlığın qeydiyyatı əlavə öhdəlik və xərclər tələb etdiyi üçün, Səudiyyə Ərəbistanında işləyən çox sayda əmək miqrantı Həcci qeyri-qanuni yollarla yerinə yetirməyə çalışırlar. Bu səbəbdən də onların sayı haqda məlumatlar rəsmi statistikaya daxil edilmir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930