Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib
Mьəllif: admin1
Tarix: 15-08-2018, 22:46
Bцlmə: Xəbərlər
Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib
Gürcüstan pasportu olanlar artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından məhrum edilməyəcəklər.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu kateqoriyadan olan şəxslər "Gürcüstan vətəndaşlığı haqqında" qanuna edilən dəyişikliklərin müəyyən şərtlərinə uyğun gəlməlidirlər.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında ölkə parlamenti Gürcüstan vətəndaşlığından məhrumetməyə qadağa qoyulan Konstitusiyaya düzəlişləri qəbul edib. Düzəlişlər 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minməli idi, lakin aprel ayında parlament proseduru sürətləndirməyə qərar verib.

Bu gün üçün başqa ölkənin pasportunu almamışdan əvvəl Gürcüstan hökumətinin razılığının əldə olunacağı halda vətəndaşlığı saxlamaq olar. 2020-ci il dekabrın 31-dən etibarən isə Gürcüstan vətəndaşlığından məhrum edilmək istənilən halda qadağan ediləcək.

Doğum üzrə başqa ölkənin vətəndaşlığını alan uşaqlara gəlincə, onlar 18 yaşa qədər Gürcüstan vətəndaşlığını qoruyacaq. Vətəndaşlığın saxlanılması üçün uşaqların qanuni nümayəndələri əvvəlcədən müvafiq sənədlərlə Gürcüstan hökumətinə müraciət etməlidirlər.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031