Yəmən xalqı qətlə yetirilmiş şagirdlərə izdihamlı dəfn keçirdi
Mьəllif: admin1
Tarix: 14-08-2018, 18:43
Bцlmə: Xəbərlər
Yəmən xalqı qətlə yetirilmiş şagirdlərə izdihamlı dəfn keçirdi
Səudiyyə rejiminin döyüş təyyarələrinin Quran kursu şagirdlərini daşıyan avtobusa qarşı təşkil etdiyi hücumda şəhid olan yəmənli uşaqların dəfn mərasimi keçirilib.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, yəmənli məktəblilərin dəfn mərasimi, paytaxt Səna, Saada, digər şəhərlərdən gələn xalq kütlələrinin intensiv iştirakı ilə Dahyanda başlayıb.

Dəfn mərasiminə gələnlər əllərində şəhidlərin şəkillərini daşıyaraq, Səudiyyə rejiminin koalisiyasına qarşı şüarlar səsləndiriblər. Təxminən 50 maşın bu cinayətdə şəhid olanların meyitlərini dəfn mərasimin başlayacağı meydana gətirib.

Yəmən Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi də yəmənli uşaqların dəfn mərasimində iştirak edib.

Məhəmməd Əli Əl-Husi cənazə namazından sonra Dahyanda çıxış edərək, şagirdləri hədəfə alan hücumun Amerikanın və müttəfiqi Səudiyyə rejiminin cinayəti olduğunu söyləyib: “Biz bu hücumda və Yəmən xalqına qarşı olan digər bütün hücumlarda Amerikanın məsuliyyətli olduğunu bildiririk. Bu cinayət təcavüzkarların heç bir qanuna hörmət etməyən terrorçu və cinayətkarlar olduğunu göstərdi.

ABŞ-ın Dövlət Departamenti bu hücuma icazə verməsəydi, Səudiyyə rejimi və koalisiyasının əməliyyat otaqlarında olan amerikalı zabitlər bu cinayəti törədə bilməyəcəkdi. Dahyandakı uşaqlara qarşı bu iyrənc hücum Amerikanın Yaponiya və digər ölkələrdə hücumlarının bir təkrarıdır.

Yəmənə edilən hücumlara qarşı quru, hava və dəniz qüvvələrimiz əməliyyatlarına davam edəcək. Düşmənlərimiz üçün qorxuducu kabuslar olan raketlərimizdən salam olsun”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031