Ali dini rəhbər: “ABŞ ilə istənilən müzakirəni qadağan edirəm”
Mьəllif: admin1
Tarix: 13-08-2018, 18:08
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “ABŞ ilə istənilən müzakirəni qadağan edirəm”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İmam Xomeyni hüseyniyyəsində İran xalqının müxtəlif təbəqələrindən minlərlə insanla görüşüb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə çıxış edərkən bunları deyib: “Millətin müxtəlif təbəqələri indiki iqtisadi problemlərdən xəbardardır. Ərzaq və ev alqı-satqısı kimi, sahələrdə ortaya çıxan bahalaşma problemi bəzi təbəqələri həqiqətən də təzyiq altında saxlayır.

Milli valyutamızın məzənnədə dəyərini itirməsi məsələsi indi əsas iqtisadi problemlərdəndir. Bir çox mütəxəssisə görə, bu problemin mənbəyi xarici faktorlar deyil.

Təbii ki, sanksiyalar da təsir edir, amma əsl səbəb şəxsən özümüz tərəfindən aparılan əməliyyatlara söykənir. Daha ehtiyatlı davransaq, sanksiyaların qarşısında dayana bilərik.

İqtisadiyyat sahəsində hər hansı bir çıxılmaz vəziyyətlə qarşılaşa biləcəyimiz məsələ yoxdur. Problemlər məlumdursa, həlli yolları da açıq şəkildə ortadadır.

Məhkəmə Hakimiyyətinin sədrinə yazdığımız sonuncu məktub iqtisadi problemlərlə korrupsiyaya qarşı mübarizə üçün atılan müsbət bir addım idi. İllər əvvəl güc rəhbərlərinə yazdığım məktubumda da, korrupsiyanın 7 başlı əjdaha olduğunu qeyd edib, buna qarşı var gücümüzlə mübarizə etməyin lazım olduğunu bildirmişdim.

Korrupsiyada əlaqəli olanların qarşısında heç vaxt güzəşt etmədən möhkəm duracağımızı hər kəs yaxşı bilməlidir.

İcra orqanları məlumatlı bir şəkildə bütün yerlərdə hazır olmalıdır. Parlament, Məhkəmə Hakimiyyəti və mömin xalqımız bu məsələdə məsuliyyətini üzərinə götürüb, vəzifələrini yerinə yetirməlidir. Valyuta və qızıl barəsində korrupsiyaya qarşı mübarizə edilsəydi, bütün yollar problemlərin üzünə bağlanmış olardı.

ABŞ yenidən müzakirə təklif etmişdir. Ancaq onlar güc ilə pula aludəçi olduqları üçün müzakirəni bir növ alqı-satqı obyekti kimi təsvir edirlər. Əsl məqsədlərini müəyyən edib, onlardan bir addım da geriyə çəkilməyi qəbul etmirlər.

Qarşı tərəf onların istədiyinə tabe olmasa, təslim olması üçün böhran yaradırlar. Ancaq ABŞ istədiyi bütün xalları əldə etdikdən sonra, verdiyi bütün vədləri yerinə yetirmir.

İndi belə saxtakar bir dövlət ilə müzakirə etmək olarmı? Onların bizə sırımağa çalışdığı təzyiqlərə qarşı mübarizə edə biləcək kifayət qədər gücümüzün olduğu təqdirdə, danışıqlar masasına otura bilərik, amma indi yox. İmam Xomeyni ABŞ ilə hər cür müzakirəni kəsdi, mən də eynisini edirəm və bunu qadağan edirəm.

ABŞ yarım il ərzində daha ədəbsiz bir mövqe nümayiş etdirdi. Məsələn, ötən günlərdə Səudiyyə rejimi tərəfindən Yəməndə törədilən cinayətlərə qarşı onların vicdanı heç sızıldadı?

Amerika bizim qarşımızda da utanmadan müharibə ilə müzakirələrdən danışır. Müharibəni bəzilərini qorxutmaq üçün ortaya atdıqları kimi, müzakirə mövzusunda da oyun oynayırlar. Biri ilkin şərtsiz deyir, digəri isə şərtləri sadalayır.

Ancaq bu məsələdə xalqımıza iki kəlmə söz deməliyəm: Nə müzakirə edəcəyik, nə də müharibə baş verəcək. Bu İran xalqının bilməsi lazım olan sözlərin xülasəsidir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930