Ənsərullah atəşkəs üçün şərtlərini açıqladı
Mьəllif: admin1
Tarix: 9-08-2018, 22:07
Bцlmə: Xəbərlər
Ənsərullah atəşkəs üçün şərtlərini açıqladı
Ənsarullahın rəsmisi, BMT-ın Yəmən üzrə nümayəndəsini sülh danışıqlarını bərpa etməsi yolunda apardığı əhəmiyyətsiz danışıqları qınayıb.

Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, Abdus Salam müsahibəsində bildirmişdir ki, cəsarətlə demək olar ki, siyasi yolla sabitliyin bərpa olunması mümkünsüzdür.

"Martin Qriffits (BMT-in Yəmən üzrə emissarı), “Əvvəlki durum və prinsiplər” adlı layihə formalaşdırıb. Bu çox zəif təşəbbüsdür. Qriffits, Hüdeydada humanitar vəziyyət haqqında danışır. Bununla da heç bir iş görmür.

Həbs olunanlardan heç kəs azad edilməyib, heç bir hava limanı azad edilməyib, əks tərəf hökumət işçilərinin maaşlarının ödənilməsində təhrik edilməyib. Beləliklə demək olar ki, siyasi yolla sabitliyin bərpa olunması istiqamətində heç bir nəticə əldə olunmayıb", - deyə Abdus Salam bildirmişdir.

“İctimaiyyətin müxtəlif təbəqələrindən olan dörd nəfərdən ibarət komitənin rəhbərliyi təyin etmək lazımdır. Milli xilasetmə hökuməti ilə qərarlaşmaq lazımdır. Belə bir hökumət ayrı bir partiyaya qarşı çıxış etməməlidir.

Hakimiyyətin bütün tərəflər üçün məqbul olması üçün, bütün partiyalar yeni hökumətdə təmsil olunmalıdır", - deyə Ənsərullahın irəli sürdüyü təklifdə bildirilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930