Həccə gedənlər bilməlidir!
Mьəllif: admin1
Tarix: 3-08-2018, 13:18
Bцlmə: Xəbərlər
Həccə gedənlər bilməlidir!
Tibbi xidmət hər il Həcc mərasimində gündəmə gələn problemlərdəndir. Əksər ölkələrdən gələn karvanların tibbi personeli olur. Mədinə və Məkkədə adətən tibbi personel oteldə yerləşir. Nəzərə alanda ki, hər iki cinsdən, hər yaşda zəvvarlar olur, tibbi personelin işinin çətinliyi aydın olur. Xəstələrin vəziyyəti ağır olduqda, cərrahiyyə əməliyyatına ehtiyac yarandıqda xəstə Ərəbistan xəstəxanalarından birinə yerləşdirilir.

Tibbi yardım üçün müraciət edənlər arasında ümumi zəiflik, əzələ problemləri daha çox qeydə alınır. Soyuqdəymə, ishal da müraciət edənlərin əsas problemlərindəndir.

Həkimlər tövsiyə edir ki, zəvvarlar isti saatlarda az gəzsinlər, su, meyvə və göyərtidən çox istifadə etsinlər, susamamış su içməyə çalışsınlar.

(SizinYol)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930