Suriyada vəhhabilik qadağan olundu
Mьəllif: admin1
Tarix: 1-08-2018, 17:49
Bцlmə: Xəbərlər
Suriyada vəhhabilik qadağan olundu
Suriyanın Vəqflər Nazirliyi nəşr etdiyi bir sərəncam ilə vəhhabilik təriqətinə aid kitabların alqı-satqısı və İbn Teymiyyənin fətvasına əsaslanan hər cür dini fəaliyyəti qadağan edib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, bu qərar Suriya ordusu və milli müqavimət qüvvələrinin Dəraa, Suveyda və Kuneytra vilayətlərinin böyük bir hissəsini təkfirçi-vəhhabi Əl-Qaidə, Azad Suriya Ordusu və İŞİD terrorçularından azad etməsindən sonra verilib.

Suriya 2011-ci ildən etibarən Səudiyyə rejimi, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terrorçuların intensiv hücumlarına məruz qalmışdır. Suriya rəhbərliyi dəfələrlə bu ölkədə qeyri-sabitliyin və böhranın kənardan təşkil olunduğunu və terrorçuların əksəriyyətinin əcnəbi əsilli olduğunu bildirmişdir.




Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031