Ərdoğandan ABŞ-a mesaj: Bizim kimi müttəfiqinizi itirə bilərsiniz!
Mьəllif: admin1
Tarix: 30-07-2018, 19:31
Bцlmə: Xəbərlər
Ərdoğandan ABŞ-a mesaj: Bizim kimi müttəfiqinizi itirə bilərsiniz!
İslamazeri.com-un “Habertürk”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara ABŞ-lı pastor Endryü Bransonun həbsinə dair mövqeyini dəyişməyəcək.

“Mənə görə, bunların hamısı psixoloji mübaribədir. Biz sanksiyalar qarşısında geri çəkilməyəcəyik.”, - deyə o qeyd edib.

Ərdoğan əlavə edib ki, ABŞ unutmamalıdır ki, Türkiyə kimi müttəfiqini itirə bilər.

“Biz ABŞ-a bağlı deyilik, onlar unutmamalıdırlar ki, əgər öz münasibətlərini dəyişməzlərsə, o zaman müttəfiqlərini itirəcəklər.”, - deyə o bildirib.

Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp Bransonun həbsinə görə Türkiyəni “böyük sanksiyalarla” hədələmişdi.

Rəsmi Ankara, Bransonu casusluq, terrorçularla əlaqə və 2016-cı il dövlət çevrilişinə cəhddə iştirakda ittiham edir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031