Məğlub və xar vəhhabi zehniyyətin növbəti iyrənc planı - /Araşdırma/
Mьəllif: admin1
Tarix: 27-07-2018, 23:26
Bцlmə: Xəbərlər
Məğlub və xar vəhhabi zehniyyətin növbəti iyrənc planı - /Araşdırma/
Əgər zamanında aidiyyəti qurumlar sözügedən profillər və səhifələr, eyni zamanda təkfirçi zehniyyətin daşıyıcıları olan cərəyanlarla bağlı lazımı addımlar atmasa cəmiyyətin düşüncələri, fikirləri zəhərlənərək çox ciddi təhlükələrə yol açacaq

Yaxın Şərq və Suriya münaqişəsi - Dünya geosiyasətində çox ciddi yer tutan bu problem beynəlxalq aləmin diqqət mərkəzindədir. Bəli bu region həm strateji , həm etnik, həm də coğrafi baxımdan çox böyük əhəmiyyətə malikdir.

Məhz sadaladığımız bu faktorlar 2011-2014-cü illərdə baş verən "Ərəb baharı" dan sonra Yaxın Şərqi, xüsusən də etnik qrupların daha sıx məskunlaşdığı Suriyanı qan çanağına döndərdi.

Artıq bir neçə ildir ki, beynəlxalq güclərin, o cümlədən regionun nəhəng dövlətlərinin maraqları Suriyada toqquşur. Bu toqquşma isə məzhəb savaşından, vətəndaş müharibəsinə, həmçinin insan tələfatından tutmuş, tarixi abidələrin məhv edilməsinə qədər çox böyük fəsadlara yol açır.

Hazırda Yaxın Şərqdə geosiyasi proseslərin dinamikasını müəyyənləşdirmək çətin olsa da, bir neçə il öncəyə nisbətdə bu artıq mümkündür. Lakin hələ də, siyasi ixtilaflar, dövlətçiliyin tənəzzülü, terror, dini radikalizmin vüsət alması, iqtisadi deqradasiya və s. bu kimi hallar regionda olduqca qeyri-müəyyən bir mənzərə yaradır.

Dünyaca məşhur siyasi analitiklər isə, Yaxın Şərqdə baş verən proseslərdə super gücləri, xüsusən də ABŞ və Qərbi günahlandırır. Əlbəttə ki, siyasətçilərin bu suçlamaları əbəs yerə baş vermir. Dünya artıq Yaxın Şərqi və Suriyanı qan gölünə çevirən qüvvənin “İŞİD”, “Ən-Nusra”, Ceyşul-İslam” terror təşkilatları olduğunu yaxşı bilir.

İŞİD–i yaradan və bu bəlanı dünyanın başına salan super gücün ABŞ, İngiltərə, İsrail və onların ərəb dünyasındakı pul kisələri olan Səudiyyə tipli dövlətlər olduğu isə heç kəsə sirr deyil. ABŞ-ın keçmiş kəşfiyyat rəhbərləri də bu barədə dəfələrlə etiraf ediblər.

Əslində Suriyada baş verən proseslərin altında hansı gizli mətləblərin yatdığı yavaş-yavaş ortaya çıxır. Belə demək mümkünsə Suriya hazırda müsəlman və beynəlxalq güclərin qarşıdurmasının mərkəzinə çevrilib. Məqsəd isə həqiqi İslamı gözdən salmaqdır.

Məhz bu səbəbdən də sionist İsrail rejiminin beynəlxalq planlarını həyata keçirməklə məşğul olan ABŞ, İŞİD terror təşkilatını yaradaraq, onu bütün dünyaya İslam dövləti kimi təqdim edir. Necə deyərlər “yalan ayaq tutar, amma yeriməz” .

ABŞ və Qərbin İslam dininə ləkə salmaq planları baş tutmur. Çünki bütün dünya İŞİD-in bir terror təşkilatı olduğunu, İslamı nüfuzdan salmaq üçün məqsədli şəkildə yaradıldığını, həqiqi dinlə heç bir əlaqəsinin olmadığını anlayır. Artıq İŞİD, Suriya ordusunun, eləcə də Bəşər Əsəd hakimiyyətinə dəstək verən İran və Rusiya qüvvələrinin yardımı ilə məhv edilib.

Suriyada hər ötən gün vəziyyət stabilliyə doğru getdiyi halda, ABŞ və ona dəstək verən qüvvələrin iflası imperialist və anti-bəşəri qüvvələri yeni planlar haqda düşünməyə vadar edir. Belə bir şəraitdə fiziki cəhətdən məğlub olan təkfirçi zehniyyət informasiya müharibəsində önə çıxmağa çalışır.

Artıq bir çox müsəlman ölkələrinə yayılan təkfirçi qüvvələr sosial şəbəkələrdə saxta profillər yaradıb, müxtəlif səhifələr açaraq, həqiqi İslamı gözdən salmaq, təkfirçi zehniyyəti yaymaq istiqamətindəki fəaliyyətlərini davam etdirirlər.

Ölkə əhalisinin 95 faizinin müsəlman və böyük əksəriyyətinin isə şiə məzhəbinin daşıyıcıları olduğunu nəzərə alsaq, təkfirçi zehniyyatın Azərbaycanda əks təbliğat işlərini sürətlə həyata keçirməsi anlaşılandır.

Ölkə ərazisinə ayaq açan radikal təfəkkürlü təkfirçi qüvvələrin ən böyük silahı isə məzhəb qarşıdurması yaratmaq, sünni-şiə savaşına rəvac verməkdir. Məhz bu səbəbdən də, müxtəlif sosial şəbəkələrdə yaradılan saxta profillər və səhifələr vasitəsi ilə məzhəblərarası qarşıdurmaya yol aça biləcək böhtan xarakterli paylaşımlar edir, İslam dininə kölgə salmağa cəhd göstərir və din xadimlərinin çıxışlarını özlərinə sərf edən şəkildə təhrif edərək paylaşırlar.

Bu isə olduqca təhlükəli tendensiyadan xəbər verir. Əgər zamanında aidiyyəti qurumlar sözügedən profillər və səhifələr, eyni zamanda təkfirçi zehniyyətin daşıyıcıları olan cərəyanlarla bağlı lazımı addımlar atmasa cəmiyyətin düşüncələri, fikirləri zəhərlənərək çox ciddi təhlükələrə yol açacaq.

Hərçənd İslam alimləri zaman-zaman etdiyi çıxışlarında sünni-şiə qardaşlığından, heç bir halda məzhəb qarşıdurmasına getməməkdən, ümumi İslam dininin yad təsirlərdən qorunması üçün vəhdət yaratmağın vacibliyindən bəhs ediblər.

Odur ki, hər bir müsəlman ABŞ və Qərbin İslam dinini gözdən salmaq məqsədi ilə yaratdığı təkfirçi zehniyyətin fitnə-fəsadından uzaq durmalı, informasiya müharibəsində qalib gəlməyi bacarmalıdır. Məqsəd yalnız həqiqi İslama kölgə salan radikal və təkfirçi ünsürləri müsəlman dünyasından təmizləmək olmalıdır.


İslaminSesi Analitik Mərkəzi
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031