Ali dini rəhbər: “Fələstini yəhudiləşdirmək yuxusu həyata keçməyəcək”
Mьəllif: admin1
Tarix: 24-07-2018, 19:07
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “Fələstini yəhudiləşdirmək yuxusu həyata keçməyəcək”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei son günlər keçirdiyi görüşlərin birində çıxış edərək, Fələstinin yəhudiləşdirilməsinin reallaşmayacaq pis bir yuxu olduğunu bildirib.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında, ABŞ və İsrail rejiminin “Əsrin müqaviləsi” adı altında Fələstin və Qüdsə qarşı ortaya qoyduqları planı belə qiymətləndirib: “Fələstinin yəhudiləşdirilməsi (onların) gördükləri qarışıq bir yuxudur. Nə bu baş verəcək, nə də Əsrin müqaviləsi!”

Qeyd edək ki, Sionist İsrail rejiminin parlamenti (Knesset) bir neçə gün əvvəl irqçi “Yəhudi dövləti” qanununu təsdiq edib. Bu qanunda əsasən işğal altındakı ərazilərdə yerləşən fələstinli müsəlmanlar və xristianların öz müqəddəratını təyin etmək haqqı əlindən alınaraq, bu hüququn yalnız yəhudilərə məxsus olduğu qeyd olunub.

Bununla birlikdə, ABŞ “Əsrin müqaviləsi” adı altında fələstinlilər və sionist işğalçıların münasibətlərini normallaşdırmaq prosesini başlatmaq, əslində isə Fələstin torpaqları üzərində yəhudiləşdirmə layihəsini təkmilləşdirmək üçün qeyri rəsmi planını həyata keçirməyə çalışır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930