Əli Əkbər Vilayəti ali dini rəhbərin və prezidentin mesajlarını Putinə çatdıracaq
Mьəllif: admin1
Tarix: 11-07-2018, 15:42
Bцlmə: Xəbərlər
Əli Əkbər Vilayəti ali dini rəhbərin və prezidentin mesajlarını Putinə çatdıracaq
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin iyulun 12-i Rusiyaya edəcəyi səfərə dair açıqlamalar verib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ə.Ə.Vilayətinin yüksək səviyyəli bir heyətə başçılıq edərək, Moskva və sonra da Pekinə gedəcəyini bildirən Qasımi, belə danışıb: “Cənab Ə.Ə.Vilayəti Rusiya səfərində ali dini rəhbər və prezidentin mesajlarını Vladimir Putinə təqdim edəcək. Bu səfər çox mühümdür. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq nüvə müqaviləsi danışıqları prosesində digər ölkələrlə birlikdə çox səy göstərmişdir”.

Qasımi nüvə müqaviləsi və ABŞ-ın bu müqavilədən çıxması qərarının da Ə.Ə.Vilayətinin Moskvada keçirəcəyi görüşlərdə müzakirə olunacağını açıqlayıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930