Tacikistan məktəblərində İslami dərslərin təlimi məsələsi müzakirə edilir
Mьəllif: admin1
Tarix: 10-07-2018, 11:32
Bцlmə: Xəbərlər
Tacikistan məktəblərində İslami dərslərin təlimi məsələsi müzakirə edilir
Tacikistanda İslami dərslərin orta məktəb proqramlarında tədrisi məsələsi aidiyyatı üzrə orqanlar tərəfindən layihə şəkilində müzakirə üçün təqdim edilib.

Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, Tacikistanda "terrorizm və radikalizmlə mübarizə - qanuni və demokratik cəmiyyətin yaradılması" konfransı keçirilib. Konfransda müzakirə edilən məsələlərdən biri də bu ölkənin orta məktəbləri proqramlarında İslami dərslərin tədrisi məsələsi olub.

Toplantıda iştirak edən Tacikistanın Xəcənd əyalətinin məscidlərindən birinin camaat imamı Abdullah Kalanzadə təklif edib ki, orta məktəb proqramlarına dini dərslər də əlavə edilsin.

Abdullah Kalanzadənin təklifi iştirakçılar tərəfindən müsbət qəbul edilib. Konfransda vurğulanıb ki, orta məktəblərdə İslam dini dərslərinin olması həm cavan və yeniyetmələrin din barəsində görüşlərinin çoxalmasına, həm də cəmiyyətdə dini radikalizmin qarşısını almasına səbəb olacaq.

Konfrans iştirakçıları bu qərara gəliblər ki, İslami dərslərin orta məktəb proqramlarına əlavə edilməsi məsələsi gələn toplantılarda ətraflı və geniş şəkildə müzakirə edilsin.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031