Hizbullah İraq-Suriya sərhədində əlavə qüvvələrini yerləşdirdi
Mьəllif: admin1
Tarix: 3-07-2018, 22:16
Bцlmə: Xəbərlər
Hizbullah İraq-Suriya sərhədində əlavə qüvvələrini yerləşdirdi
Suriya-İraq sərhədində Amerikanın İraqın Hizbullah hərəkatına qarşı sonuncu hava hücumundan sonra, İraqın Hizbullahı ABŞ-ı sərt şəkildə xəbərdar edib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, İraq Hizbullah hərəkatının sözçüsü Cəfər Əl-Hüseyni Amerikanın Suriya sərhədində yerləşən müqavimət qüvvələrinə qarşı etdiyi hava hücumlarına cavab olaraq sərhədə canlı qüvvə göndərdiklərini söyləyib:

“Müqavimət qüvvələri Amerika və sionist İsrail rejiminin son hücum cəhdlərini araşdıraraq, komandanlıq mərkəzindən gələn qəti əmri gözləyir. İraqın müqavimət hərəkatı, Livanın Hizbullahı ilə Amerikaya qarşı eyni cəbhədə mübarizə aparır”.

Xatırladaq ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın İraqın Hizbullah hərəkatına qarşı həyata keçirdiyi son hücumlardan sonra çıxış edərək, İraqın müqavimət hərəkatının yanında olduqlarını bildirmişdir və qəbul edəcəkləri hər qərarın arxasında olduqlarını vurğulamışdı.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031