İraq: İŞİD-çilərin ən layiqli cəzası ölümdür!
Mьəllif: admin1
Tarix: 3-07-2018, 08:43
Bцlmə: Xəbərlər
İraq: İŞİD-çilərin ən layiqli cəzası ölümdür!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər Abadi bildirib ki, İraq ordusu İŞİD terrorçularını hər yerdə, hətta dağlarda belə təqib edir və heç vaxt onlarla danışıqlara girməyəcək.

“Heç kəsin, üzləşdiyimiz bütün təhdidlər üzərindəki qələbələr nəticəsində əldə etdiyimiz nailiyyətləri heçə saymaq haqqı yoxdur.”, - deyə Abadi qeyd edib.

Baş nazir bütün iraqlıları birləşməyə və düşmənin onların arasında təfriqə toxumu səpməsinə yol verməməyə səsləyib.

O həmçinin əlavə edib: “Biz, öz birliyimizin sayəsində qalib gəldiyimiz və öz torpaqlarımızı azad etdiyimiz kimi, növbəti mərhələdə də öz vəhdətimizi qoruyub saxlamalıyıq. Biz yerdə qalan terrorçu dəstələri təqib edərək yuvalarındaca fiziki surətdə məhv edəcəyik. Biz onları hər yerdə təqib edəcəyik, dağlar və səhralarda belə.”

“Bəziləri hesab edirlər ki, biz İŞİD terrorçuları ilə danışıqlar aparmağa hazırıq. Bunlar hamısı illüziyadır. Biz terrorçularla danışıqlara qarşı olmuşuq və qarşıyıq da. İŞİD terror təşkilatı döyüşçülərinin ən layiqli cəzası ancaq ölümdür.”, - deyə o bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930