Nəsrullahdan İslam dünyasına ciddi xəbərdarlıq: “Əsrin sazişi” planı həyata keçirilir
Mьəllif: admin1
Tarix: 30-06-2018, 10:22
Bцlmə: Xəbərlər
Nəsrullahdan İslam dünyasına ciddi xəbərdarlıq: “Əsrin sazişi” planı həyata keçirilir
Hizbullah lideri Həsən Nəsrullah ötən günkü çıxışında Yaxın Şərq və Fələstin münaqişəsi ilə bağlı Amerikanın, İsrailin və Səudiyyə komandasının həyata keçirmək istədiyi “əsrin sazişi” planı haqda xəbərdarlıq edib.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Həsən Nəsrullah ötən günkü çıxışında “əsrin sazişinin mühərriklərinin güclü şəkildə işə düşdüyünü” bəyan edib.

Hizbullah lideri xəbərdarlıq edərək, bildirib ki, bu məşum sazişin ABŞ trəfindən rəsmən elan edilməsi yaxınlaşır.

Həsən Nəsrullah son aylarda bölgədə baş verənləri və Amerikanın atdığı addımlarının bu istiqamətdə olduğunu vurğulayıb.

Qeyd edək ki, əsrin sazişinin mahiyyətini açıqlayan rəsmi bəyanat yoxdur. Amma qeyri rəsmi mənbələrdən əldə olunan budur ki o iki formada ola bilər. İkinci forma daha çox möhtəməldir.

Birinciyə əsasən, İordan çayının qərb sahili və Qəzza “İordaniya Haşimi Federal” dövlətinə verilir. Amma bu fərqlə ki, Qüds şəhərinin statusu və fələstinli qaçqınların öz bölgələrinə qayıtmasının müzakirəsi növbəti mərhələyə qalır.

İkinci (ən çox ehtimal edilən) plan isə ərazi mübadiləsi vasitəsilə fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara dövlət statusu vermək.

Belə ki, İsrail Nəqib səhrasında Misirə ərazi verir, Misir də fələstinliərin yerləşdirilməsi üçün Sina Yarımadasında ərazi ayırır. Yeni yaranacaq bu Fələstin dövlətinə ilk mərhələdə öz infrastrukturasını qurmaq üçün 10 milyard dollar (Körfəz ərəb dövlətləri tərəfindən) verilir.

Plana əsasən İsrail Misirə dinc nüvə enerjisi, neft-qaz sənayesi, kənd təsərrüfatı və sair strateji zəminlərdə yardım göstərəcək. Daha sonra isə planın sonuncu mərhələsi kimi İsraillə ərəb dövlətlərinin əlaqələri normallaşması üçün addımlar atılacaq (Yəni yerdə qalan ərəb dövlətləri İsraili dövlət kimi tanıyacaq və onunla diploimatik əlaqələr quracaq)

Məlumata əsasən ötən ildən başlayaraq ABŞ və Səudiyyə fələstinlilərə müxtəlif yollarla təzyiqlər göstərirlər ki, İsraillə “daimi sülhü” təmin edən bu planı qəbul etsinlər. Amma fələstinlilər buna boyun qoymurlar. Məhz buna görədir ki, ABŞ prezidenti birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edib və səfirliyini də oraya köçürüb. Bu o deməkdir ki, fələstinlilərin israr və müqaviməti davam edərsə Trampın inadı da davam edəcək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930