Gürcüstanda dövlət məmurlarının şəxsi avtomobilləri ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Mьəllif: admin1
Tarix: 30-06-2018, 10:05
Bцlmə: Xəbərlər
Gürcüstanda dövlət məmurlarının şəxsi avtomobilləri ilə bağlı yeni qaydalar tətbiq olunacaq
“Bəzi dövlət təşkilatlarında şəxsi avtomobillərlə bağlı vəziyyət qətiyyən qəbuledilməzdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə deyib.

Baş nazir bildirib ki, hökumətin növbəti iclasında yalnız JEEP tipli avtomobillərlə deyil, ümumiyyətlə avtopark, xüsusən də şəxsi maşınlarla bağlı yeni təşəbbüs təqdim olunacaq.

Qeyd edək ki, bu ilin aprel ayında Gürcüstan hökumətinin qərarı ilə dövlət orqanları tərəfindən qara rəngdə olan avtomobillərin alınmasına qadağa qoyulub.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031