Ayətullah Xamenei İranlı futbolçuları təbrik etdi
Mьəllif: admin1
Tarix: 26-06-2018, 21:50
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İranlı futbolçuları təbrik etdi
Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei İranın futbol üzrə milli komandasının iyunun 25-i axşam Portuqaliya komandası qarşısında yaxşı oyun nümayiş etdirdiklərinə görə təbrik edib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Xameneinin dəftəri Rusiyada olan İranın gənclər və idman naziri Məsud Sultani Fər ilə əlaqə quraraq, ali dini rəhbərin İran komandasına bu mesajını çatdırmasını istəyib: “Siz müzəffər və alnı açıq geri qayıdırsınız. Əhsən! Uca Allahın inayəti ilə hər zaman uğurlu olun”.

İran komandasının İspaniya qarşısında yaxşı oyun nümayiş etməsindən sonra da Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei komandanı təbrik etmişdi.

Rusiyada keçirilən FİFA 2018 dünya çempionatının B qrupunda yer alan İran komandası Mərakeş, İspaniya və Portuqaliya ilə qarşılaşmalarında Mərakeşi 1-0 məğlub etdi. İspaniya qarşısında 1-0 məğlub olsa da Portuqaliya qarşısında 1-1 bərabər nəticə ilə ayrıldı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930