Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salman məhkəmədə bəraət aldı
Mьəllif: admin1
Tarix: 21-06-2018, 18:35
Bцlmə: Xəbərlər
Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salman məhkəmədə bəraət aldı
Qətərə cəsusluqda ittiham olunaraq həbs olunan Bəhreyndə ən böyük müxalifət təşkilatı Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman bəraət alıb.

Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Şeyx Əli Salman haqqında Qətərə casusluq cinayəti üzrə 4 ildən 9 ilə qədər həbs cəzası tələbi ilə keçirilən məhkəmədə qərar verilib. Məhkəmə Bəhreyn müxalifətinin lideri haqqında keçirilən iclasda bəraət qərarını verib.

Eyni məhkəmədə ittiham olunan Əl-Vifaq cəmiyyətinin üzvü Şeyx Həsən Sultan ilə Əli Asvəd də bəraət alıb.

Xatırladaq ki, iyunun 20-si Beynəlxalq Amnistiya təşkilatı ilə 34 beynəlxalq təşkilat Bəhreyndə ideoloji səbəblərlə həbs olunan Şeyx Əli Salmanın dərhal azadlığa buraxılmasını tələb etmişdilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930