Parisin `fəxri vətəndaş mükafatı` Bəhreynli fəalla verilib
Mьəllif: admin1
Tarix: 19-06-2018, 21:39
Bцlmə: Xəbərlər
Parisin `fəxri vətəndaş mükafatı` Bəhreynli fəalla verilib
Ötən gün Fransanın paytaxtı Paris şəhərinin "fəxri vətəndaş mükafatı" rəsmi mərasimdə bu ölkədə yaşamış insan haqları ativisti, bəhreynli mübariz və hazırda Bəhreynin diktator rejiminin həbsində olan Nəbil Rəcəbə verilib.

Maide.Az "İQNA"a istinadən xəbər veirr ki, Mükafatın verilməsi mərasimində Paris merinin müavini Patrik Klugman, bəhreynli siyasi aktivist Şeyx Meysəm Salman və həmçinin beynəlxalq insan haqları təşkilatının vitse-prezidenti iştirak edib.

Mərasimdə deyilib ki, Rəvəb Nəbilə bu mükafatın verilməsi dünyada söz azadlığına basqı edilərək insanların həbsə salınmasına etiraz və bu addımı atanlara təzyiqdir. Biz bu addımla Rəcəb Nəbilin azadlığını tələb edirik.

Qeyd edək ki, Nəbil Rəcəb insan haqlarının müdafiəsi aktivisti və bəhreynli mübarizdir. O həm də Bəhreynin İnsan Haqları Mərkəzinin rəisi və Beynəlxalq İnsan Haqları Təşkilatının baş katibinin müavinidir. O, keçən il Bəhreyn məhkəməsi tərəfindən dövlət əleyhinə sosial şəbəkələrdə paylaşım etməsi bəhanəsi ilə beş il müddətində azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930