İran Kəşfiyyatı 1 ay əvvəl həbs olunan İsrailin sabiq nazirini necə casus edib? - ƏTRAFLI
Mьəllif: admin1
Tarix: 18-06-2018, 21:31
Bцlmə: Xəbərlər
İran Kəşfiyyatı 1 ay əvvəl həbs olunan İsrailin sabiq nazirini necə casus edib? - ƏTRAFLI
İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrailin sabiq nazirlərindən biri İran İslam Respublikasına casusluq etdiyi üçün həbs olunub. İsrail mediasına qoyulan senzuranın süzgəcindən keçən 18 İyunda yayılan məlumatda bildirilir ki, İsrailin sabiq Elm və Milli İnfrakstruktura naziri Qonen Seqev bir ay əvvəl xüsusi xidmət orqanları - ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) tərəfindənn həbs olunub. O düşmənə müharibə zamanı yardımda o cümlədən İsrail əleyhinə casusluq etdiyinə görə barəsində ağır cinayət maddələrilə iş açılıb.

Seqev İranla əlaqələri inkar etməyərək İsrail lehinə məlumatlar almaq istədiyini etiraf edib - bu haqda Polis və ŞABAK-ın birlikdə yaydığı məlumatda qeyd olunur.

Qüds (Yerusəlim) prokurorluğu Sülh məhkəməsinə öz ittihamlarını təqdim edib və ittihamnamədə Seqevə düşmənə məlumat ötürmə və casusluq fəaliyyətinə görə, həbs-qətimkan tədbiri seçilib. İttihamnamə hüquq müşavirliyi və dövlət prokuroru tərəfindən təsdiqlənib.

"Seqev son zamanlar Nigeriyada, 2018-ci ilin may ayında Qvineyaya köçmək üçün cəhd edib. Ancaq ona keçmiş cinayət tarixçəsilə bağlı çıxışına icazə verilməyib. O İsrail polisinin xahişi ilə ölkəsinə ekstradisiya olunub. İsrailə gələn kimi o həbs olunub. ŞABAK və polis birlikdə istintaq-araşdrmalarına başlayıb və bu araşdırmalar zamanı ona qarşı şübhələr təsbit edilib və İran Kəşfiyyatı ilə əlaqələri aşkarlanıb", - ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti) yaydığı məlumatda qeyd edilib.

ŞABAK həmçinin bildirib ki, Seqev İran Kəşfiyyatına əməkdaşlığa cəlb edilib və agent kimi fəaliyyət göstərib.

"2012-ci ildə Seqev Nigeriyadakı İran səfirliyinin əməkdaşları ilə əlaqə saxlayıb. O bir neçə dəfə Tehrana səfər edib və İran Kəşfiyyatının əməkdaşları ilə görüşüb. Görüşlər təkcə İranda deyil, başqa ölkələrdə otel və təhllükəsiz evlərdə (red: ehtimal olunur ki, açıqlama dinlənilməyə bağlı mənzilləri nəzərdə tutur) də keçirilib. Ona məlumat ötürməsi üçün müxtəlif gizli avadanlıqlar verilib.", - ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti) yaydığı məlumatında deyilir.

ŞABAK həmçinin qeyd edib ki, Seqev İsrailin energetika sahəsindən, gizli obyektlər və təhlükəsizlik sistemi və s. mövzularda məlumatları İslam Respublikasına ötürüb.

İttihamnaməyə görə, Seqev şəxsi imkanlarından istifadə edərək, İsrail vətəndaşlarını - dövlət orqanları və nazirlikləri, xüsusi xidmət orqanları ilə əlaqəsi olanları İran Kəşfiyyatının əməkdaşlarını biznesmen qələmə verərək tanış edib.

Seqevin vəkilləri olan Eli Zoar və Moşe Mazurun açıqlamasına görə, ittihamnamə bir müddət əvvəl təqdim olunub. Bəzi detalların media və ictimaiyyətə açıqlanması dövlət tərəfindən qadağan edilib, lakin ümumilikdə icazə verilən məlumatlardan ona qarşı irəli sürülən ittiham casusluq və düşmənə müharibə zamanı yardım maddələrindən ibarətdir.

Qeyd edək ki, 2005-ci ildə Seqev narkotik tərkibli dərmanların İsrailə gətirilməsi zamanı həbs olunub və 5 il barəsində cəza kəsilib. Onunla birlikdə həbs olunan Moşe Verner adlı şəxs istintaq zamanı intihar edib və məhkəmə onun cəzasını yüngülləşdirərək həbs müddətini 1 ilə salıb və barəsində 50 min şekel (24000 AZN) pul cəzası kəsib.

"Qonen Seqev 1956-cı ildə Kiryat-Moskində dünyaya gəlib. İsrailin Hərbi Hava Qüvvələrində hərbi xidmət keçib, kapitan rütbəsinə qədər yüksəlib. Daha sonra Tibb üzrə ali təhsil alıb və siyasətə təsadüfən gələrək parlament seçkilərində namizədliyini irəli sürüb və Somet partiyasından seçilib. Sonradan partiyadan ayrıldıqdan sonra Yud fraksiyasına qoşulub və qalib gəldikdən sonra nazir seçilib. Seqevin bu əməli o vaxt "satqınlıq" adlandırılıb", - İsrail mediası qeyd edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930