Həzrət Məryəmin (s) uca məqama sahib olmasının illəti nədir?
Mьəllif: admin1
Tarix: 5-08-2014, 00:01
Bцlmə: Xəbərlər
Həzrət Məryəmin (s) uca məqama sahib olmasının illəti nədir?


Quran və rəvayətlərdə işarə olmuşdır Məriyəm İmran qızı kasıb bir ailədə dünyayə gəlmiş hətta onu təmin etmək üçün gəlir və məxaric olmamışdır (o dünyayə gəlməmişdən əvvəl atası vəfat etdiyi üçün) Həzrət Zəkəriyya (ə) onu öz himayəsinə götürüb (Məriyəmin xalası əri).
Bu xanımın həyatı həmişə çətinliklə, zəhmət və bir çox nemətlərdən məhrum bir şəraitdə yaşayırdı;
Odur ki, anasının nəzr etdiyi kimi uşaq illərindən Məbəddə xidmətci və bir çox çətin işlərin o uşağın öhtəsinə qoyurdular və o həzrət bütün bu çətinlikləri qəbul edib heç bir zaman etraz etmirdi.
O cümlədən təkəbbür və imanı olmayan insanların töhmətlərıni eşidib səbr edir və tamamıyla Allahdan razı idi. Allaha o səbr, razı və itaəti üçün, ona bu məqamı əta etmişdir.
Həzrət İsanın (ə) beşikdə danışması o həsədin uca məqama sahib olmasından hikayət edir lakin o həzrətin anasının məsum olduğunu sabit etmək üçün danışmışdır. Allah tala bu məqamı və ləyaqəti o həzrətdən gördüyü üçün əməlindən əvvəl savab ünvanında üstünlük və ismət alaraq o həzrətə bu məqama əta etmişdir.
Ətreaflı cavab
Bu sualın cavabı məlum olması ücün Həzrət Məriyəmin həyatına qısa nəzər salaq:
İslam tarixi və təfsir alimlərinin dediklərindən istifadə olur ki, “Hanna” və “İşya” iki bacı idilər birincisi “İmranın“ Bəni İsrailin tanınmış şəxsiyyətlərindən idi, həyat yoldaşı olur; ikincisini isə Allahın peyğəmbəri ”Zəkariyya ” özü ücün həyat yoldaşı seçir.
Lakin illər ötür İmranın həyat yoldaşı ana olmur. Bir gün ”Hənna” ağacin kölgəsində oturmuşdu görgü bir quş öz balalarına yem verir; bu səhnədə analıq məhəbbətini muşahidə etdikdə övlad eşqi qəlbində şölələndi, örəkdən olaraq Allah dərgahına üz tutub övlad istədi bu duadan az bir müddət sonra hamilə oldu.
Bəzi rəvayətlərdən istifadə olur Allah Taala həzrət İmrana vəhy nazil etmişdir ona əlacı olmayan xəstəliklərin və Allahın izniylə ölüləri diriltmək qabiliyyəti olan bir oğlan uşağı əta edəcəkdir ki, İsrail övladlarını doğru peyğəmbər göndəriləcək. O bu məsələni həyata yoldaşyla paylaşdı, o hamilə olduğu zaman fikirləşdi ki, həmin uşaqdır lakin o (bu uşağın anası) Məryəm idi. Odur ki, nəzr edir bu oğlan uşağşnı Allah evinə “Beytul- Muqəddəsə” xidmətçi versin. Lakin dünyaya gəldikdə onun qız uşağı olduğunu muşahidə etdi; bu zaman çox narahat idi, cünki Beytul Muqəddəs ücün oğlan uşağlarını xidmətci kimi seçirdilər və hec bir zaman qız uşağını bu iş ücün təyin etməmişdilər.
Bəziləri deyirlər: imranın ailəsinin nəzər etməsi, bunu bildirir ki, onun hamilə olduğu vaxtda İmran dünyadan köçmüşdü, çünkü o özü bu cür nəzr etməkdə müstəqil deyildi.[1]
Quran ayəsi və rəvayətlərdən istifadə olur həzrət məriyəm kasıb bir ailədə dünyayə göz acmışdır ki, hətta onu idarə etmək üçün əllərində büdcələri olmamışdır (çünkü dünyaya gəlməmişdən əvvəl atası dünyadan köcür) Odur ki, həzrət Zəkəriyya onu öz himayəsinə götürür.[2]
Qeyid olunanlara əsasən bu qadlnın həyatı cətinliklər icində və bir cox şeylərdən məhrum olmuşdur;cünkü o anasının nəzərinə əsasən uşaqlıq dövründən məməd də xidmətci vəzifəsini icra etmiş və kicik yaşlarında cox böyük işləri onun onun öhtəsinə qoyurdular, lakin o həzrət bütün bu cətinlikləri qəbul edib hec vaxt etiraz etməzdi. O cümlədən dil yarası və töhmətlər qarşısında ki, imanı olmayan insanlar tərəfindən o həzrətə olurdu səbr edir və Allahdan razı idi. Allah onu bu cür səbr, razılıq və yalnız ona itaət etdiyi ücün, o həzrətə bu məqamı nəsib edib onun barəsində buyurur: (Yad edin) o günü ki, mələklər dedilər: ”Ey Məryəm” Allah səni pak qərar vermiş və dünya qadınlarına nisbət üstünlük vermişdir.”[3]
Bəli bu xalis əməlləri üçün Allah onu öz dövrünün qadınlarından üsdün qərar verir. Quran bu haqda buyurur: O şəxs ki, xeyir işlərdə Allah əmrindən itaət etsə, Allah (onun əməlləri axşısında) şakirdir və (onun əməllərindən) xəbəri vardır.[4] Peyğəmbər hidayət və insanlara yol göstərmək ücün tərbiyə edən həzrət Məriyəm hər bir dövürdə anaların tərbiyə etməsi ücün numunədir. O həzrətin cəmiyyətə olan ən böyuk xidmətlərindəndir ki, hec bir xidmətlə muqayisə etmək olmaz. Cünkü bəşər aləminə ən böyük xidmət insanları tərbiyəsidir. Əgər bir şəxs bir insanı düzgün tərbiyə edib cəmiyyətə təhvil versə böyük xidmət etmişdir. Lakin bir ananın böyük bir peyğəmbər tərbiyə etməsi ki, insanları hidayət mənşəyi dir, bundan da böyük xidmət təsəvvür etmək olarmı?
Buna əsasən, bu böyük bəşarəti təqva, pərhiz, İmam və bu cür cətin işlərdən kənarda axtarmaq lazımdırmı?! Bu ayə onu bildirir ki, o həzrət öz dövründə ən böyük şəxsiyyət sahibi olan bir qadın olmuşdur.
Bu nöqtəyə də diqqət etmək lazımdır ki,Allah insanları xalis əməllərinin savabına baxmayaraq ki, az da olsa verir. Başqa cür desək Allah iqarşısında əhəmiyyət daşıyan kefiyyətdir nəyinki kəmmiyyət.
Amma həzrət İsanın (ə) beşikdə danışması o həzrətin əzəmətindən hekayət edir və onun möcüzə olması hamı ücün məlumdur. Lakin bu İlahi möcüzə o həzrətin anasının ismətindən mudafiəsi ücün və ona (zina) töhmətini rədd etmək ücün idi. Düşmənlər bəzi nişanələrə əsasən (həzrət İsanın dünyayə gəlməsi və məriyəmin ərinin olmaması) fürsət bilərək o İlahi məsumun şəxsiyyətinə zərbə vurmaq istəyirdilər. Əgər bu işdə müvəffəq olsaydılar həzrət İsanın (ə) da peyğəmbərliyinə zərbə vuracaqdılar. Onların bu hiylələrini puc edən tək yol o böyük möcüzə idi. O cür ki, Allah Taala, Züleyxanın həzrət Yusifə qarşı dediyi töhməti süd əmər uşağın dil acıb danışması möcüzəsiylə rədd edib o həzrətin haqq olmasını isbat etdi.
Həzrət İsanın peyğəmbərlik məqamına layiq görülməsinin ən möhkəm dəlillərindən insanları öz sözləri, əməlləri və. hidayət və tərbiyə etməsidi. Allah Taala bunlara elmi olduğu ücün əməldən əvvəl səvab olaraq bu məqam və isməti o həzrətə əta edib, bu cür bir məqam ücün təyin etmişdir.

[1] - Məkarim Şirazi, Nasir, Numunə təfsiri, cild 2, səh 523, Darul kitab əl-islamiyyə nəşriyyatı, Tehran, 1376
[2] - Ali- İmran, 35- 37
«إذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبّ‏ِ إِنىّ‏ِ نَذَرْتُ لَكَ مَا فىِ بَطْنىِ مُحَرَّرًا فَتَقَبَّلْ مِنىّ‏ِ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ(35)فَلَمَّا وَضَعَتهَْا قَالَتْ رَبّ‏ِ إِنىّ‏ِ وَضَعْتهُا أُنثىَ‏ وَ اللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَ لَيْسَ الذَّكَرُ كاَلْأُنثىَ‏ وَ إِنىّ‏ِ سَمَّيْتهُا مَرْيَمَ وَ إِنىّ‏ِ أُعِيذُهَا بِكَ وَ ذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ(36)فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَ أَنبَتَهَا نَبَاتًا حَسَنًا وَ كَفَّلَهَا زَكَرِيَّا كلُّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا قَالَ يَامَرْيَمُ أَنىَ‏ لَكِ هَاذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيرْ حِسَابٍ(37)»
[3] - Ali-İmran,42
«وَ إِذْ قالَتِ الْمَلائِكَةُ يا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفاكِ وَ طَهَّرَكِ وَ اصْطَفاكِ عَلى‏ نِساءِ الْعالَمين‏»
[4] - Bəqərə, 158
«وَ مَنْ تَطَوَّعَ خَيْراً فَإِنَّ اللَّهَ شاكِرٌ عَليم»
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031