“Həzrət Musa (ə)” kinoserialının çəkilişlərinə başlandı
Mьəllif: admin1
Tarix: 13-06-2018, 22:50
Bцlmə: Xəbərlər
“Həzrət Musa (ə)” kinoserialının çəkilişlərinə başlandı
İranın paytaxtı Tehranda “Həzrəti Musa (ə)” adlı kinoserialın ilkin çəkilişlərinə başlanıb.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, rejissor Camal Şurcənin prodüsseri olduğu “Həzrət Musa (ə)” kinoserialının çəkilişini İran Radio və Televiziya Qurumu (İRİB) üzərinə götürüb.

Bu ilin fevral ayında məşhur iranlı aktyor Mustafa Zamaninin serialda baş rollardan birini oynayacağı qeyd edilmişdi.

İranlı ssenarist və rejissor Camal Şurcə yerli mediaya verdiyi açıqlamasında, filmin çəkilişləri üçün Tehrandakı Qazali kino şəhərinin istifadə ediləcəyini söyləyib.

Əvvəllər də Həzrət Yusif (ə), Həzrəti Məryəm (s.ə) və İmam Əli (ə) kimi, İslam tarixi mövzusunda bir çox İran serialı bu kino şəhərində çəkilmişdi.

Bu dini kinoserial Quran ayələrinə və Əl-Mizan təfsirinə əsaslanacaq.

Əllamə Seyid Məhəmməd Hüseyn Təbətəbainin Əl-Mizan təfsiri, əsrimizin ən dəqiq və ətraflı Qurani Kərim təfsiri kimi tanınır.

Rejissor Davud Mir Baqirinin mətbuata dediklərinə görə, Əshabi Kəhf və Həzrət Yusif (ə) kimi bir çox İslami kinoserialına imza atmış iranlı mərhum rejissor Fərəcullah Sələhşur ölüm anlarında Həzrət Musa (ə) serialı üçün ssenari yazmaq ilə məşğul idi. Vəfatından sonra serialın prodüsserliyini Camal Şurcə üzərinə götürüb.

İran istehsalı olan “Həzrət Musa (ə)” kinoserialı 72 hissəli olacaq və İslam alimlərindən serialın ssenarisini oxuyub, tənqid etmələri tələb olunub.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930