Məsciddə namaz əsnasında terror
Mьəllif: admin1
Tarix: 9-06-2018, 10:02
Bцlmə: Xəbərlər
Məsciddə namaz əsnasında terror
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda müqəddəs Ramazan ayının sonlarına yaxın dəhşətli cinayət törədilib.

Ölkənin Herat əyalətinin polis mərkəzinin mətbuat mərkəzinin rəisi Əbdüləhəd Vəlizadə bildirib ki, Şindant rayonunun Kəlai-Mahmud bölgəsində naməlum şəxslər məscid camaatına hücum ediblər.

Məlumata görə, terrorçular məscidə soxularaq, namaz qılan insanları atəşə tutublar. Çox sayda ölü və yaralının olduğu bildirilir; onların dəqiq sayı haqda hələ məlumat verilməyib.

Hal şahidlərinin sözlərinə görə, ölənlər arasında yerli tayfalardan birinin başçısı da var.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930