Putin: Hamının qəlbində Allaha iman var!
Mьəllif: admin1
Tarix: 8-06-2018, 02:52
Bцlmə: Xəbərlər
Putin: Hamının qəlbində Allaha iman var!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putin hər il keçirilən ənənəvi canlı yayım zamanı Allaha inam haqda sualı cavablandırıb. O hesab edir ki, hər bir insan qəlbində imanla anadan olur, lakin bəziləri bunu, ancaq çətin vəziyyətə düşdükdə dərk edir.

“Bu çox mərhəm sualdır. Bilirsiniz, bu haqda camaat arasında danışmaq çox çətindir. Mənim nəzərimcə, insan qəlbində imanla dünyaya gəlir, bununla (imanla) doğulur. Ancaq müxtəlif insanlar müxtəlif zamanlarda və müxtəlif şəraitlərdə bunu dərk etməyə başlayırlar.”, - deyə “Allaha nə zaman inandınız?” sualının cavabında deyib.

“Deyəlim ki, Böyük Vətən Müharibəsi zamanı, ən qatı ateistlər səngərdən döyüşə atılarkən, əminəm ki, onlardan hər biri Allah barəsində düşünürdü. Bunu hər hansısa çətin vəziyyətə düşmədən anlayan insanlar da var. Lakin, bir insan hər hansısa bir ekstremal vəziyyətə düşdükdə, demək olar ki, hamı bu barədə düşünür.”, - deyə Putin hesab edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930