Məşhur fizikdən gələcəyə dair inanılmaz proqnozlar
Mьəllif: admin1
Tarix: 29-05-2018, 13:16
Bцlmə: Xəbərlər
Məşhur fizikdən gələcəyə dair inanılmaz proqnozlar
İslaminSesi həmin proqnozları sizə təqdim edir. Yapon əsilli fizik Mitio Kaku kvant mexanikası üzrə mütəxəssis və superqravitasiya üzrə alimdir.

Onun son illərdə yazdığı "Mümkünsüzün Fizikası" "Gələcəyin Fizikası" "Gələcək Şüur" adlı kitabları bestseller olub. Kakunun gələcək haqqında proqnozları həmişə özünü doğruldub.

Mtio Kaku hesab edir ki, artıq 100 il sonra Marsa uçuş kütləvi xarakter alacaq. Çünki supersəsli təyyarələrin kəşfi bu uçuşları daha ucuz hala gətirəcək. Kaku paralel dünyaların varlığına inanır.

Xərçəngi unudacayıq

Alim hesab edir ki, ötən əsrin 70-ci illərindən inkişaf etmiş ölkələrin hamısında xərçənglə mübarizə başlasa da, bunun öhdəsindən gəlmək çətin oldu. Çünki insanlar xərçəng şişi əmələ gəlməyincə, bu xəstəlikdən xəbər tuta bilmirlər. Halbuki günü-gündən inkişaf edən nanorobotlar artıq xəstəliyiin ilk rüşeym halında müəyyən edə biləcək.

Təhlükəli robotlar

Hazırda ən inkişaf etmiş robot olan "Azimo" rəqs edir və insanı üzdən tanıyır. Onun milçək beyni var. Amma 2100-cü ilə kimi dovşan beyinli, it və ən nəhayət meymun beyinli robotlar yaradılacaq. Alim hesab edir ki, bu təhlükəli robotları yaradan insan öz təhlükəsizliyini də nəzərə almalıdır. Artıq bu təhlükə üçün insan anti-çip yaratmalıdır ki, bu da sonrakı nəsillərin işidir. Robotları qəbul edən üst insandan bəhs edən alim bildirib ki, XXII əsrin insanı tamamilə fərqli düşünəcək.

Rəqəmsal ölümsüzlük

Kaku hesab edir ki, əsrin sonunda artıq insan öz emosiyalarını və xatirələrini miras qoyub gedə biləcək. Artıq beynin bütün xəritəsi çıxarıldıqdan sonra hansısa robot həmin xatirələrlə ölmüş insanın yerini tuta biləcək. Beləliklə insan ölmüş yaxınları ilə belə əlaqə qura biləcək. Məşhur insanların rəqəmsal ruhlarının kitabxanası yaradılacaq. İnsanlar Napaleonla, Eynişteynlə söhbət edə biləcəklər. Kaku hesab edir ki, insanın ruhu raketdən də sürətlidir və bu sirri çözən başqa planetlilər məhz belə səyahət edirlər.

Telekinez və telepatiya yaranacaq. Artıq qarşımızdakı insanın beyin siqnallarını tutaraq, onunla necə davranacağımızı biləcəyik. Ətrafımızda bütün istifadə etdiyimiz əşyalar artıq ağıllı olacaq. Lakin hər şeyin dəyişəcəyini söyləyən Mitiu Kaku polisin formatının qətiyyən dəyişməcəyini deyib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930